Çərşənbə , 25 Dekabr 2024
Drone Cameras

Azərbaycanda magistral yolların istismarı ilə bağlı 7 şirkət yaradılacaq

“Azəravtoyol” ASC-də Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, görüşdə “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, Dünya Bankının Cənubi Qafqaz üzrə nəqliyyat proqramının rəhbəri Mustafa Benmaamar, həmçinin cəmiyyətin və bankın digər rəhbər şəxsləri iştirak ediblər.

Görüşdə Dünya Bankının maliyyələşdirdiyi layihələrin hazırkı vəziyyəti, magistral yollara xidmət göstərəcək 7 ədəd Magistral Yolların İstismarı MMC-lərin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması istiqamətində atılan addımlar müzakirə olunub.

Sonda avtomobil yollarının yenidən qurulması istiqamətində Dünya Bankı ilə ikitərəfli əməkdaşlığın bundan sonra da davam etməsinin vacibliyi vurğulanıb.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir