Şənbə , 2 Dekabr 2023

Qayınanasını döyüb, qaynını bıçaqlayan şəxsə 8 illik həbs cəzası verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Rövşən Əhədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R. Əhədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də Bakı şəhər sakini Rəfiqə Həsənovanı döyüb və oğlu Vitalikə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vuran Rövşən Əhədov saxlanılıb. R. Əhədov həmin tarixdə övladlarını görmək üçün qayınanasının evinə gəlib. Lakin qayınanası onu evə buraxmayıb, onların arasında mübahisə yaranıb. R. Əhədov R.Həsənovaya yüngül bədən xəsarətləri yetirib, onun oğlunu isə bıçaqlayıb.

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir