Bazar ertəsi , 13 Aprel 2026
Drone Cameras

Danimarkalı deputat qaçqınlarla dolu qayıqlara atəş açmağı təklif edib

“Hüquq-mühafizə orqanları Avropa sahillərinə yaxınlaşmaq istəyən qaçqınlarla dolu qayıqlara atəş açmalıdır”.

APA-nın “Euronews”ə istinadən yaydığı məlumata görə, bunu Danimarkanın hakim partiyasının əsas siyasi müttəfiqi olan Danimarka Xalq partiyasından olan millət vəkili Kennet Bets deyib.

“Yeganə effektiv yol qayıqları geri göndərməkdir. Onlara demək lazımdır ki, siz bu milli sərhədlərə tərəf üzə bilməzsiniz və əgər bunu etsəniz, ya sizə atəş açılacaq, ya da qayıqlar geri göndəriləcək”, – deyə o, telekanalların birinin efirində bildirib.

Lakin sonra K. Bets “Facebook” səhifəsində öz ifadəsini yumşaltmağa çalışıb. O bildirib ki, insanlara atəş açılmalı deyil, NATO hərbi gəmiləri tərəfindən havaya xəbərdarlıq atəş açılmalıdır.

Check Also

ABŞ və İran arasında tarixi görüş BU MƏKANDA KEÇİRİLƏCƏKFOTO

Aprelin 10-na planlaşdırılan İran və ABŞ nümayəndələrinin görüşü Pakistanın baş naziri Şahbaz Şərifin iqamətgahında və …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir