Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Suriyadan Türkiyəyə mesaj – “Ey, Ərdoğan, İslam dünyasını xilas et!”

“1918-ci ildən bəri türkləri gözləyirik”

Suriyanın Münbiç şəhərindən Türkiyəyə çağırış edilib. 

Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, şəhərin divarlarında “PKK-nı buradan qovun. Türk qardaşlarımızı gözləyirik. Ey, Ərdoğan, İslam dünyasını xilas et!” ifadələri yer alıb.

Münbiçlilər sosial media hesablarında da Türk ordusuna durmadan çağırış ediblər: “1918-ci ildən bəri türkləri gözləyirik. Bizə kömək edin”.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın şimalını terrorçulardan təmizləmək üçün başlatdığı “Sülh çeşməsi” əməliyyatını uğurla davam etdirir.   /ayna.az/

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …