Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Tbilisidə xüsusi təyinatlılar mitinqi dağıtmağa başlayıb

Xüsusi təyinatlı qüvvələr Gürcüstanın paytaxtı Tbilisidə parlamentin yaxınlığında keçirilən aksiyanı gözyaşardıcı qaz və şırnaqlardan istifadə edərək dağıtmağa başlayıb.

Boyukmillet.com xəbər verir ki, xüsusi təyinatlılar iki tərəfdən – “Svoboda” meydanından və 9 Aprel küçəsindən etirazçılara doğru irəliləyir.

Parlamentin qarşısındakı meydanı tamamilə tüstü bürüyüb. İnsanlar yaxınlıqdakı küçələrə qaçıblar. Bundan əvvəl etirazçılara dağılışmaq üçün müraciət edilib.

Daha sonra təhlükəsizlik qüvvələri parlamentə bitişik ərazini etirazçılardan tamamilə azad etməyə müvəffəq olub. Xüsusi təyinatlılar parlamentin qarşısındakı meydanı tədricən tuturlar. Siren hələ də səslənir və insanları dağılışmağa çağırır.

Check Also

Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın “Kovrovets” minaaxtaran gəmisini məhv edib. Boyukmillet.com xəbər verir ki, bu …