Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Salyanda qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Salyan rayonunda qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.

Boyukmillet.com xəbər verir ki, Masallı rayon sakini Etibar Məmmədovun ötən il noyabrın 18-də öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İbtidai istintaqla Müşviq İskəndərovun kəsici-deşici alətlə Etibar Məmmədova çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra sonuncunun avtomobili ilə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan əlavə, Müşviq İskəndərov polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərindən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Müşviq İskəndərova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 185.1 (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə) və 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə yekun ittiham elan edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Check Also

Səmərqənddə məktəbli qızı qaçırıb bir neçə gün zorlayıblar – Şübhəlilərdən biri prokurorluq işçisidir

Özbəkistanın Səmərqənd vilayətində 8-ci sinif şagirdi qaçırılıb, iki həftə girov saxlanılıb və bir neçə nəfər …