Bazar , 6 Oktyabr 2024
Drone Cameras

Mingəçevirdə avarçəkmə üzrə ölkə birinciliyi keçiriləcək

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) martın 11-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində ölkə birinciliyi təşkil edəcək.

Boyukmillet.com xəbər verir ki, “Gənclər Kuboku” adı altında təşkil olunacaq turnirdə Mingəçevir və Bakıdan olan 2005-2010-cu il təvəllüdlü 80 nəfər yeniyetmə və gənc idmançı mübarizə aparacaq.

Avarçəkənlər akademik, kayak və kanoe növlərində yarışacaqlar. Turnirin qalibləri diplom və medallarla mükafatlandırılacaqlar.

Qeyd edək ki, 4 – 7 mayda “Prezident Kuboku-2023” beynəlxalq reqatası öncəsi təşkil olunacaq yarış həm də idmançıların hazırlıq səviyyəsini yoxlamaq məqsədi daşıyır. “Gənclər Kuboku”nda fərqlənən idmançılar “Prezident Koboku” beynəlxalq reqatasında iştirak hüququ qazanacaq

Check Also

Azərbaycanı İspaniyada keçiriləcək yarışda təmsil edəcək triatlonçular müəyyənləşib

Azərbaycanı İspaniyanın Barselona şəhərində keçiriləcək “Ironman” məsafəsi üzrə beynəlxalq yarışda təmsil edəcək triatlonçular müəyyənləşib. Boyukmillet.com …