Cümə , 22 Noyabr 2024
Drone Cameras

Naxçıvan Prokurorluğunda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Martın 17-də Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, tabe rayon (şəhər) prokurorluqlarının və Muxtar Respublikanın Hərbi Prokurorluğunun əməkdaşları, prokurorluğun veteranları, AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin (NDU) əməkdaşları və universitetinin tələbələri iştirak edib.

Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad edib.

Konfransın açılışında ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə çıxış edib.

Daha sonra Naxçıvan Muxtar Respublikası hərbi prokuroru Yaşar Həsənov, prokurorluğun veteranı Ələddin Məmmədov, Muxtar Respublika prokurorluğunun şöbə rəisi Faiq Səfərov, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və NDU-nun hüquq fənləri kafedrasının müəllimi, universitetin gənclər təşkilatının sədri Əziz Qasımov ümummilli liderin prokurorluq orqanlarına diqqət və qayğısı, dövlətçiliyin qorunması, gənclər siyasəti, respublikamızın, o cümlədən Naxçıvan Muxtar Respublikasının bütün sahələrdə inkişafı sahəsində misilsiz xidmətləri barədə çıxışları dinlənilib.

Konfransın yekununda Azərbaycanın Baş prokuroru Kamran Əliyevin ideya müəllifi olduğu “Heydər Əliyev Salnaməsi-Qanun naminə” adlı film nümayiş etdirilib.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …