Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

ABŞ Gürcüstan hökuməti üçün dayandırdığı maliyyə yardımını QHT-lərə və mediaya ayıracaq

ABŞ-dən Gürcüstan hökumətinə dayandırılmış maliyyə yardımı bu ölkənin QHT-ləri və mediasına dəstək üçün ayrılacaq.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib.

“Biz demokratiyanı, qanunun aliliyini, müstəqil medianı və iqtisadi inkişafı gücləndirməklə gürcü xalqının xeyrinə olan proqram və fəaliyyətləri dəstəkləməyə davam edəcəyik. Bəzi hallarda yardım proqramları resursların müəyyən sektorda çalışan QHT-lərə yönləndirilməsi üçün dəyişdirilə bilər”, – deyə o bildirib.

Patel, həmçinin Gürcüstan hökumətini “Xarici təsirin şəffaflığı haqqında” qanunu və digər “problemli qanun layihələrini” geri götürərək “demokratik yola qayıtmağa” çağırıb.

Qeyd edək ki, Avropa Birliyi də əvvəllər bəyan etmişdi ki, onlar hökumətə yardımı azaldacaq, vətəndaş sektoru və mediaya isə dəstəyi artıracaqlar.

Check Also

Gürcüstan parlamenti qrantlarla bağlı dəyişiklikləri qəbul edib, hökumətdən icazə alınmalıdır

Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. “Report”un Gürcüstan bürosunun məlumatına görə, …