Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

ABŞ hökuməti dekabra qədər maliyyələşəcək

ABŞ Nümayəndələr Palatası ara seçkilərdən əvvəl hökumətin bağlanmasının qarşısını almaq üçün 11 dekabra qədər hökumətin müvəqqəti maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Boyukmillet.com xəbər verir ki, 370 qanunverici qanun layihəsini dəstəkləyib, 48-i isə əleyhinə çıxıb.
Bundan əvvəl Senat qanun layihəsini böyük səs çoxluğu ilə təsdiqləmişdi. Sənəd indi imzalanması üçün Prezident Donald Trampa göndərilməlidir.

Qanun layihəsi 11 dekabra qədər federal qurumlar üçün mövcud səviyyələrdə maliyyələşdirməni təmin edir.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …