Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Bu ölkə İranla diplomatik münasibətləri dayandırdı

Peru hökuməti İranla diplomatik münasibətləri kəsmək qərarına gəlib.

Boyukmillet.com  xəbər verir ki, müvafiq açıqlamanı Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi yayıb: “Peru Respublikası hökuməti İran İslam Respublikası ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib”.

Xarici İşlər Nazirliyi bu addımın, xüsusən də Yaxın Şərqdəki vəziyyət və İranın Hörmüz boğazındakı hərəkətləri ilə əlaqəli olduğunu açıqlayıb. Nazirlik qeyd edib ki, “Perunun İranla diplomatik münasibətləri kəsmək qərarı konsulluq münasibətlərinin kəsilməsini nəzərdə tutmur”.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …