Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

ABŞ Konqresində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat verilib

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri konqresmen Stiv Kohen 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, bəyanatda Azərbaycanda “Qara yanvar” kimi anılan faciənin kommunizm zülmündən qurtuluş, ölkəmizin müstəqillik, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizəni təcəssüm etdirdiyi deyilir.

Konqresmen Kohen bəyanatında 1990-cı ilin 20 yanvar tarixində SSRİ rəhbərliyinin əmri ilə Bakıya daxil olmuş Sovet ordusunun Azərbaycanda güclənən müstəqillik hərəkatını boğmaq məqsədilə dinc nümayiş keçirən mülki şəxslərə hücum etdiyini və nəticədə arasında qadın və uşaqların da olduğu 130 nəfərin qətlə yetirildiyi, habelə yüzlərlə insanın yaralandığı və itkin düşdüyünü bildirib.

Bəyanatda “20 Yanvar Faciəsi”ni törətməklə Sovet rəhbərliyinin ittifaqa daxil olan digər dövlətlərdəki müstəqillik tərəfdarlarını da ruhdan salmağa çalışdığı vurğulanıb.

Konqresmen Kohen Sovet rəhbərliyinin gözləntilərindən fərqli olaraq, “20 Yanvar Faciəsi”nin Azərbaycan xalqını daha da səfərbər etdiyini və proseslərin Azərbaycanın müstəqilliyini elan etməsi ilə nəticələndiyini bəyan edib.

Sonda konqresmen bu gün Azərbaycanın dinamik inkişaf edən bir dövlətə çevrildiyini, Avropa dövlətlərinin və İsrailin enerji təhlükəsizliyinə töhfə verdiyini, habelə ölkəmizdə demokratik dəyərlərin və azad bazar iqtisadiyyatının bərqərar olduğunu qeyd edib.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir