Çərşənbə axşamı , 19 May 2026
Drone Cameras

ABŞ maliyyə naziri Si Cinpinin mühafizəçiləri ilə dalaşıb

ABŞ-Çin danışıqları zamanı Pekində maraqlı insident yaşanıb.

Boyukmillet.com xaroco agentliklərə istinadən xəbər verir ki, The Daily Beast saytı maraqlı məlumat yayıb.

ABŞ maliyyə naziri Skott Bessent Çin təhlükəsizlik xidməti əməkdaşları ilə qalmaqallı mübahisəyə girib.

Məqalədə qeyd olunur ki, insident Pekindəki Xalq Yığıncaqları Evində – Çin parlamentinin binasında baş verib. Həmin vaxt orada Çin lideri Xi Jinping və ABŞ prezidenti Donald Trump arasında danışıqlar keçirilirib. Çin təhlükəsizlik əməkdaşları Skott Bessenti zala buraxmayıblar. Səbəb isə onun akkreditasiya nişanının – “bej”inin olmaması olub. The Daily Beast yazır ki, tərəflər arasında kifayət qədər gərgin dialoq yaşanıb və mübahisə təxminən yarım saat davam edib.

Daha sonra kompromis tapılıb. Bessentin köməkçiləri ona ehtimal ki, akkreditasiya nişanı olan əşya çatdırıblar və bundan sonra ABŞ maliyyə naziri danışıqlar zalına buraxılıb. Məqalədə xatırladılır ki, Donald Trump 13–15 may tarixlərində Çində səfərdə olub. Onu ABŞ-ın ən iri şirkətlərinin rəhbərləri müşayiət ediblər. Nümayəndə heyətində:İlon Musk, Tim Kuk, Jensen Huang, Larri Fink, Kelli Ortberq, David Solomon kimi tanınmış fiqurlar da yer alıblar.

Check Also

Yerin altından sonsuz sayda QIZIL ÇIXARILACAQ

Çində böyük qızıl yataqlarının aşkarlanması ilə bağlı xəbərdə bildirilir ki, alimlər yerin altında “sonsuz” sayılacaq …