Şənbə , 20 Aprel 2024
Drone Cameras

Abşeronda 21 min manatlıq oğurluq edən şəxs tutuldu

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən talama cinayətlərinə qarşı çevik və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən  verilən məlumata görə, Abşeron rayonu Saray qəsəbəsi ərazisində 2 evdən ümümilikdə 8 515 manat və 12 655 manat dəyərində qızıl-zinət əşyaları, eləcə də mobil telefon oğurlanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Polis tərəfindən silsilə oğurluq əməllərində şübhəli bilinən əvvəllər Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 221-ci (Xuliqanlıq) maddələri ilə məhkum olunan Taleh Qəmbərov tutularaq istintaqa təhvil verilib.

T.Qəmbərovun ətrafında aparılan əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə onun Saray qəsəbəsində 10-dan artıq evdən müxtəlif məbləğlərdə pul və qızıl-zinət əşyalarını oğurlaması sübuta yetirilib.

Şübhəli şəxsin barəsində Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Check Also

Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb

Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb. Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə daxil olmuş əməliyyat …