SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası Göygöl rayonunda baş tutub. “Səyyar qəbul otağı”nda ümumilikdə 6 abonent iştirak edib.
Boyukmillet.com xəbər verir ki, Hacıməlik kənd sakini Ruhanə Piriyeva küçə qaz xəttinin yenisi ilə əvəzlənməsini istəyib. Qalan 5 nəfər Birliyin operativ fəaliyyəti sayəsində problemlərinin keçmişdə qaldığını bildirərək ölkə başçısı və SOCAR “Azəriqaz” İB-nin rəhbərliyinə təşəkkürlərini ünvanlayıblar. Əvvəldə qeyd etdiyimiz Hacıməlik kənd sakinin müraciəti isə qeydə alınaraq aidiyyəti üzrə yönləndirilib.