Bazar , 11 Yanvar 2026
Drone Cameras

AFP “TEKNOFEST Azərbaycan” və Bayraktardan yazıb

Fransanın nüfuzlu xəbər agentliyi “Agency France Press” (AFP) Bakıda keçirilmiş “TEKNOFEST Azərbaycan” festivalı və Türkiyənin pilotsuz təyyarələri haqqında yazıb.

Boyukmillet.com xəbər verir ki, xəbərdə mayın 26-29-da Bakıda aviasiya, kosmos və texnologiyalar festivalının keçirildiyi, Türkiyə ilə Azərbaycanın tarixi dostluğu qeyd edilib.

Vurğulanıb ki, Türkiyənin festivaldakı pilotsuz təyyarələri böyük diqqət cəlb edib və Ukrayna müharibəsində mühüm rol oynayan “Bayraktar TB2” pilotsuz uçuş aparatı azərbaycanlı seyrçilərin alqışları ilə qarşılanıb.

Həmçinin xatırlanıb ki, “TB2” pilotsuz təyyarələri Selcuq Bayraktarın baş texnologiya direktoru olduğu “Baykar Teknoloji” şirkəti tərəfindən istehsal olunur. S.Bayraktarın çərşənbə günü Azərbaycan Hərbi Hava Qüvvələrində “Mikoyan MiQ-29” model döyüş təyyarəsi ilə uçub, Bayraktar Akıncı pilotsuz uçan aparatı isə onu müşayiət edib.

Bayraktarın üzərində Türkiyə və Azərbaycan bayraqlarının olduğu pilot forması geyinərək döyüş təyyarəsi ilə uçuş keçirdiyi, videonun sosial şəbəkələrdə yayıldığı da bildirilib.

Check Also

Mediada saxta məlumatların dərc edilməsinə yol verilməməsi haqqında yeni normalar təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan mediasında saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normaları təsdiqləyib. …