Bazar , 3 Noyabr 2024
Drone Cameras

Ağır xəstəlikdən əziyyət çəkən gənc qadın analıq sevinci yaşayıb

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ağır hamiləlik uğurla başa çatıb. Takayasu damar xəstəliyindən əziyyət çəkən 27 yaşlı Ağdaş rayon sakini Vüsalə Cəbrayılova ana olub.

AZƏRTAC xəbər verir ki, bu barədə klinikanın 2-ci mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov ATU-nun mətbuat xidmətinə məlumat verib. Həkim bildirib ki, uzun illər ana olmaq həsrəti ilə yaşayan gənc xanım Bakıda və Moskvada bir sıra müalicələr alsa da, həkimlər bunun çox riskli hamiləlik olacağından ehtiyat ediblər.

Klinikaya müraciət edən Vüsaləyə bu xəstəliyə çox nadir hallarda təsadüf edildiyi bildirildi. Qan təzyiqini artıran xəstəlik aorta və daxili orqanlarına gedən damarların daxili divarını zədələyərək, daralmasına və hətta tutulmasına səbəb ola bilər. Gənc xanımın problemlə əlaqədar bir böyrəyini qidalandıran damarın bağlanma təhlükəsi olduğuna görə bir neçə il əvvəl stend də yerləşdirilib. Uzun müddətli müalicələrdən sonra xanım hamilə qalıb. Takayasu endoarteriit xəstəliyi olan hamilələrin 53 faizində təzyiqin daha da artması, preeklampsiya xəstəliyin inkişafı, erkən aylarda düşüklərin olmasıdır, ana bətnində dölün inkişaf ləngiməsi və hətta tələf olması kimi fəsadlar baş verir.

Xəstə üzərində aparılan müalicələrə baxmayaraq, preeklampsiya, yəni müalicəyə tabe olmayan yüksək təzyiq inkişaf edib. Hamiləlik 34-cü həftəsini doldurduğuna görə körpəni qeysəriyyə üsulu ilə dünyaya gətirmək məcburiyyətində qaldıq. Sağlam doğulan və 2160 qram çəkiyə malik körpə bir neçə günlüyə yenidoğulmuşların reanimasiya şöbəsinə yerləşdirilib.

Neonatologiya şöbəsinin müdiri Səadət Yaqubovanın dediyinə görə, körpə 6 gün reanimasiyada qalıb və vaxtından əvvəl doğulduğuna görə müəyyən problemləri olub. Buna baxmayaraq, müasir tibbi müdaxilələrlə bütün problemlər aradan qaldırılıb və sağlam halda ailəsinə qovuşub.

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir