Bazar , 22 Noyabr 2026
Drone Cameras

Akar: “İstənilən vaxt Suriyada yeni sərhəd əməliyyatına başlayacağıq”

Türkiyə istədiyi vaxt Suriyanın şimalında yeni sərhəd əməliyyatına başlayacaq.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Prezident əməliyyatın bir gecə gözlənilmədən başlayacağını söyləyib. Bu, taktiki və strateji məsələdir, bununla bağlı lazımi məsləhətləşmələr aparılır, lazımi planlar hazırlanıb, müvafiq işlər görülüb”, – nazir bildirib.

O qeyd edib ki, NATO-nun iyunun 28-30-da keçirilən sammitində Türkiyənin alyansdakı müttəfiqlərindən heç biri onu Suriyadakı əməliyyatın ləğvi və ya təxirə salınmasının zəruriliyinə inandırmağa çalışmayıb.

Türkiyə hakimiyyəti daha əvvəl Silahlı Qüvvələrin Suriyanın şimalında yeni əməliyyata tam hazır olduğunu bildirib.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …