Bazar , 19 May 2024
Drone Cameras

Aktyor yanğında ölən dayısının fotosunu paylşadı

Noyabrın 23-də Bakının Ziya Bünyadov prospektində inşaat materialları bazarındakı dəhşətli yanğında vəfat edən sahibkar Razi Qasımovun fotosu yayımlanıb.

Boyukmillet.com xəbər verir ki, fotonu mərhumun bacısı oğlu, aktyor Cavidan Novruz sosial media hesabında paylaşıb.

“Heyif səndən, Razi dayı. Bəziləri getmək əvəzinə, təəssüf ki, sən getdin. Amma qarışqanı belə incitməzdin. Allah sənin kimi bəndələrini çox sevər və sənə yanında yer ayırar. Məkanın cənnət olsun. Uşaqlığım, hər şeyim səninlə getdi. Dəyərli xatirəmizdə yaxşı qalan insanlar yavaş-yavaş tərk etdi bizi. Sən də belə… Çox üzdün bizi”, – C. Novruz yazıb.

Qeyd edək ki, R.Qasımov, həmçinin tanınmış stilist Şəfəq Novruzun dayısıdır. Cavidan və Şəfəq isə mərhum Xalq artisti Ramiz Novruzun övladlarıdır.

Check Also

Nərimanovda 19 yaşlı gənci avtomobil vurub 

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir …