Çərşənbə axşamı , 21 Yanvar 2025
Drone Cameras

Almaniyadan PKK-ya tam qadağa: “Afrin bəhanəsi” keçmədi

Almaniyada PKK-ya yaxın təşkilatların himayə etdiyi Almaniya Demokratik Kürd Toplum Mərkəzinə bundan sonra nümayiş təşkil etmək üçün rəsmi icazə verilməyəcək.

Boyukmillet.com Axar.aza istinadən xəbər verir ki, Köln polisi “Zeytun budağı” əməliyyatını bəhanə edərək Köln və Leverkuzen şəhərlərində aksiya təşkil etmək istəyən Almaniya Demokratik Kürd Toplum Mərkəzinin qarşısını alıb.

Məlumata görə, mərkəzin nümayiş keçirməsini qadağan edən Almaniya buna səbəb kimi keçirilən aksiyalarda qadağan olunmuş PKK simvollarından və qruplaşma liderlərinin şəkillərindən istifadə edilməsini göstərib.

Qeyd edək ki, kürdlərin yanvarın 27-də Kölndə keçirdiyi etiraz aksiyasında qadağan olunmuş PKK simvollarından istifadə edilməsi faktı aşkarlanmış və polis müdaxilə edərək aksiyanı dağıtmışdı. Bundan sonra fevralın 10-da keçirilməsi nəzərdə tutulan etiraz aksiyasının da qarşısı alınmışdı. (Axar.az)

 

Check Also

İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY

Paşinyan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər Ermənistan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir