Cümə axşamı , 3 Aprel 2025
Drone Cameras

Anar Rzayev: “2030-cu ilə hədəf daha təhlükəsiz, ekoloji təmiz nəqliyyatdır”

2030-cu il üçün əsas hədəf Azərbaycanda daha təhlükəsiz, ekoloji təmiz nəqliyyatın təşkil edilməsidir.

Boyukmillet.com xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Azərbaycanda mobilliyin transfirmasiyası proqramı”nın təqdimatında bildirib.

Onun sözlərinə görə, məqsəd şəhərin mərkəzində şəxsi avtomobillərdən istifadəni azaltmaqdır: “Hədəflərə nail olmaq üçün birinci mərhələdə – 2025-ci ilə qədər 300 milyon səfəri şəxsi nəqliyyat vasitəsindən ictimai nəqliyyat vasitəsinə keçirmək lazımdır”.

“Bakının ən yaxşı şəhərlər reytinqində ilk 30-luğa daxil olması əsas hədəflərdəndir. Yol-nəqliyyat hadisələrinin sayının azaldılması da əsas məqsədlərdəndir”, – deyə nazir müavini əlavə edib.

Check Also

Azərbaycan kommersiya yükdaşımaları və yük dövriyyəsinə görə MDB-də 4-cü olub

Azərbaycan kommersiya yüklərinin daşınması (boru kəməri ilə nəql istisna olmaqla) üzrə MDB ölkələri arasında 2024-cü …