Şənbə , 23 Noyabr 2024
Drone Cameras

AQTA sədri Fransada səfərdədir

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Nümayəndələrinin Ümumdünya Assambleyasının 90-cı Baş Sessiyasında iştirakla bağlı Fransada işgüzar səfərdədir.

Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl Subainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Q.Təhməzli dövlət başçısı tərəfindən aparılan institusional islahatlar, ölkəmizdə vahid qida təhlükəsizliyi sisteminin formalaşdırılması və bu xüsusda yaradılan Agentliyin missiyası və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. AQTA sədri bildirib ki, Agentlik ölkədə qida təhlükəsizliyinə nəzarət, insanların sağlam və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində mühüm işlər həyata keçirir.

Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl Subaini Azərbaycanda qida təhlükəsizliyi sahəsində vahid sistemin formalaşdırılması və əldə olunmuş nəticələri müsbət qiymətləndirərək bunun digər ölkələr, həmçinin Qətər Dövləti üçün də nümunə olacağını diqqətə çatdırıb. Bu sahədə iki ölkə arasında gələcəkdə təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

Görüş zamanı baytarlıq sertifikatlarının razılaşdırılması, heyvan mənşəli məhsulların ixrac prosedurları, ixrac potensiallı məhsullar üzrə əməkdaşlığın həyata keçirilməsi, yaxın gələcəkdə elektron sertifikatların mübadiləsi ilə bağlı məsələlər müzakirə mövzusu olub.

Eyni zamanda, görüş çərçivəsində qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində əməkdaşlıq uzrə müqavilə hüquqi bazanın yaradilması üçün müvafiq istiqamətlər üzrə müqavilə layihələrinin hazırlanaraq imzalanması üzrə işlərin davam etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin Fransaya 20-22 may tarixlərini əhatə edən işgüzar səfəri çərçivəsində bir sıra digər mühüm görüşləri də baş tutacaq.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …