Bazar ertəsi , 12 May 2025
Drone Cameras

ASAN könüllüləri ödənişsiz göz müayinəsi aksiyası keçirib

Martın 31-də “ASAN Könüllüləri” Təşkilatının və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə ödənişsiz göz müayinəsi aksiyası keçirilib.

Boyukmillet.com xəbər verir ki, aksiya Azərbaycanın Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümü münasibətilə təşkil olunub. Məqsəd göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, vətəndaşların müayinəsi və tibbi məsləhətlərin verilməsi olub.

1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin qarşısında baş tutan aksiyada şəhərin aztəminatlı ailələrinin üzvləri, fiziki məhdudiyyətli şəxslər və və dövlət qurumlarının əməkdaşlarının ailə üzvləri iştirak ediblər.

Check Also

Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək

Bu gündən Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində sığortaolunanlar üçün xəstəlik vərəqələri …