Çərşənbə , 13 Noyabr 2024
Drone Cameras

ASAPES və MGİMO-nun ikili diplom proqramının Moskva mərhələsi keçirilir

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) ilə Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin (MGİMO) ikili diplom proqramı çərçivəsində təhsil alan “İdman menecmenti” magistr proqramının Moskva mərhələsi keçirilir.

ASAPES-dən “Report”a verilən məlumata görə, Rusiyanın paytaxtında 1-ci kurs tələbələri üçün 4 modul üzrə tədris prosesi davam edir.

MGİMO-da tədris proqramının açılışı ilə əlaqədar təşkil olunan tədbirdə ali təhsil ocağının prorektoru Artyom Malqin, ASAPES-in prorektoru Təhminə Tağı-zadə, proqram rəhbəri, Rusiya Olimpiya Universitetinin (RMOU) prorektoru Nikolay Peşın, Biznes və Beynəlxalq Bacarıqlar Məktəbinin direktoru Anjelika Mirzoyeva, İdman menecmenti və kommunikasiya kafedrasının müdiri Nailə Kələntərli və Sosial elmlər kafedrasının müdiri Lalə Əhmədova cıxış edərək tələbələrə uğurlar arzulayıblar.

Proqram çərçivəsində magistrantlara “İdman hüququ”, “İdman marketinqi”, “Milli idman tənzimlənməsi sistemləri” və “Antidopinq qaydaları” fənləri tədris edilir.

Bundan başqa, tələbələr üçün “Qazprombank” ASC-nin nümayəndələri ilə görüş, “İdman tədbirlərinin və təşkilatların sponsorluğu, uzunmüddətli tərəfdaşlıqların qurulması”, “İdman yarışlarının sponsorluğu, sponsorluğun aktivləşdirilməsi və azarkeşlərin cəlb edilməsi” mövzusunda mühazirələr, VTB Arenasına ekskursiya, “Maxima Park” Atçılıq Klubu, İrina Viner Gimnastika Sarayı ilə tanışlıq və Leonid Tyaqaçov xizək klubuna ziyarət də təşkil olunur.

Check Also

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib. “Report” xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbovun …