Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

ATV Şuşa, Laçın və Kəlbəcərdə yayım üçün MTRŞ-yə müraciət etdi

“Azad Azərbaycan” Müstəqil Teleradio Şirkəti Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun işğaldan azad etdiyi Şuşa, Laçın və Kəlbəcərdə 106.3 FM radiosunun proqramlarını yayımlamaq üçün Milli Televiziya və Radio Şurasına (MTRŞ) müraciət ünvanlayıb.

Bu barədə şirkətdən məlumat verilib.

Müraciətdə Şuşa, Laçın və Kəlbəcərdə yeni radio ötürücülərinin quraşdırılması üçün “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinə yayım tezliklərinin ayrılmasına icazə verilməsi xahiş edilib.

Check Also

Meksika mətbuatında Azərbaycanın əziyyət çəkdiyi mina problemindən bəhs edən məqalə dərc olunub

Meksikanın geniş oxuyucu kütləsinə malik “El Universal” qəzetində ölkənin aparıcı ali təhsil müəssəsisələrindən olan UNAM …