Tiflisdə 876 milyon lari (325 milyon ABŞ dolları) dəyərində yeni stadionun tikintisi üçün keçirilən tender ləğv edilib. Boyukmillet.com Gürcüstan mətbuatına istinadən xəbər verir ki, müvafiq qərarı Gürcüstan Bələdiyyələrin İnkişafı Fondunun Tender Komissiyası qəbul edib. Komissiya daxil olmuş təklifləri nəzərdən keçirib. İki iştirakçı, Azərbaycan-Gürcüstan birgə müəssisəsi “Makro – İnşaatçı” və Türkiyənin “YDA İnşaat” şirkəti təkliflər natamam olduğuna görə tenderdən çıxarılıb. Gürcüstanın “Anagi” şirkəti isə …
Read More »Bakıda şok hadisə: Tibbi təhsili olmayan şəxs xəstəni əməliyyat edib
Bakıda fəaliyyət göstərən “Berlin Ailə və Uşaq Klinikası” MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə açılmış iş üzrə məhkəmə qərarı ilə 20 min manat məbləğində cərimə olunub. Klinikanın cərimələnməsinin təfərrüatları bəlli olub. Klinikaya qarşı irəli sürülən ittiham əmək müqaviləsi bağlanmadan fiziki şəxslərin işə cəlb edilməsi ilə əlaqədar olub. Məhkəmə qərarından klinikanın baş direktoru və vəkili apellyasiya şikayəti veriblər. Onların iddiasına …
Read More »Çoxmərtəbəli binalara qazın verilməsi dayandırılacaq: Yeni sistem belə işləyəcək
Azərbaycan 2035-ci ilədək çoxmərtəbəli binalarda təbii qazla işləyən avadanlıqların mərhələli şəkildə istifadədən çıxarılmasını və onların bərpa olunan elektrik enerjisi ilə işləyən sistemlərlə əvəz olunmasını planlaşdırır. “BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası”nın Azərbaycanla bağlı hazırlanan “Milli Səviyyədə Müəyyənləşdirilmiş Töhfələr” (NDC 3.0) hesabatında binalarda elektrikli hava-su tipli istilik nasoslarının və elektrik plitələrinin quraşdırılması nəzərdə tutulur. Sənəddə bildirilir ki, yüksək səmərəliliyə malik elektrikli …
Read More »MM 7 ölkə ilə imzalanan vizadan qarşılıqlı azad edilmə haqqında sazişləri ratifikasiya edib
Azərbaycanın bəzi ölkələrlə imzaladığı ümumvətəndaş, diplomatik, xidməti, xidməti/rəsmi və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişlər ratifikasiya olunub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı yeddi müvafiq qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunub. İclasın gündəliyindəki həmin məsələlər “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in, “Azərbaycan …
Read More »“Dünya ağası” ola bilməyən imperiya – indi o, heç olmasa region ağası olmaq istəyir
Dünya 105 il əvvəlki dünya deyil. İndi Yer üzündə müstəqil dövlətlərin sayı 105 il əvvəkindən 3 dəfə çoxdur. İmperiyaların hamısı kiçilib – beşi çox, üçü az. Rusiya da 105 il əvəəlki Rusiya deyil. Onun sərhədləri də kiçilib. İndi Moskva qonşuluğundakı kiçik ölkələrə bir az qəzəb, bir az nostalji, bir xeyli də iddia ilə yanaşır. Azərbaycanın 105 il əvvəlki durumuyla indiki …
Read More »ABŞ-nin müdafiə naziri Əbi-Dabidə ruslarla danışıqlar aparıb
ABŞ-nin müdafiə naziri Daniel Driskol Əbu-Dabidə Rusiya nümayəndə heyəti ilə bir neçə saatlıq danışıqlar aparıb və bu gün yenidən görüşməyi planlaşdırır. Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ nümayəndəsi Ukraynadakı münaqişənin həlli üçün mümkün addımları müzakirə etməkdən ötrü BƏƏ paytaxtına gəlib. Driskol və Rusiya tərəfi arasında danışıqlar 24 noyabr axşamı başlayıb və bir neçə saat davam edib. Rusiya nümayəndə …
Read More »TƏCİLİ: Qazaxıstan AZAL-ın təyyarə qəzası ilə bağlı MƏLUMAT YAYDI
Qazaxıstan hökuməti 2025-ci ilin sonuna qədər Aktau hava limanı yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin təhqiqatı ilə bağlı məlumat verəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparov brifinqdə məlumat verib. Onun sözlərinə görə, faciədən 3 ay sonra müvafiq komissiyaya təqdim edilən ilkin nəticələrə əsasən, daha dərin mürəkkəb ekspertizalar aparılır. Kaliakparov qeyd edib ki, iş …
Read More »İcra başçılarının maaşı narazılıq doğurdu – təklif
Azərbaycanda icra başçılarının maaşları ilə bağlı yeni müzakirələr başlayıb. Məsələni gündəmə gətirən ReAl Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərlinin açıqladığı rəqəmlər göstərir ki, icra hakimiyyəti rəhbərlərinin məvacibi bölgələr üzrə kəskin fərqlənir və kifayət qədər yüksəkdir. Ekspertin təqdim etdiyi məlumatlara görə, Bakı şəhərinin icra başçısı 7650 manat maaş alır. Gəncə və Sumqayıt şəhərlərinin icra başçıları 5625 manat, əhalisi 100 mindən çox …
Read More »Serbiyadan Azərbaycana birbaşa reys açılır — danışıqlarda son mərhələ
Serbiyanın milli aviadaşıyıcısı “Air Serbia” gələn ilin yayında Belqrad və Bakı arasında birbaşa uçuşların açılması ilə bağlı Azərbaycanla danışıqların son mərhələsindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə aviaşirkətin baş direktoru İrji Marek Serbiyanın Radio Televiziyasına (RTS) məlumat verib. Onun sözlərinə görə, “Air Serbia” Yaxın Şərqə yeni aviareysin açılması imkanını da nəzərdən keçirir: “Avropada biz şəbəkəmizi daha da genişləndirməyi və yeni …
Read More »Qərbi Azərbaycan İcması ləğv ediləcək? – Bu barədə düşünməyin özü milli xəyanətdir – MÜSAHİBƏ
Azərbaycan bölgədə yeni güc balansının formalaşdığı, qlobal siyasətin isə sürətlə dəyişdiyi bir mərhələdən keçir. Regional sabitlik, sülh danışıqları, geosiyasi əməkdaşlıqlar və böyük dövlətlərlə münasibətlərin yenidən qurulduğu bu dövr hər kəsin diqqət mərkəzindədir. Belə bir zamanda Azərbaycanın siyasi çəkisi, diplomatik xətti və strateji tərəfdaşlıqları həm region, həm də beynəlxalq sistem üçün müəyyənedici faktor rolunu oynayır. Bu kontekstdə həm sülh gündəliyinin inkişaf …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar