Bakı və Abşeronda yenitikili binaların inşası ilə məşğul olan Mənzil Tikinti Kooperativlərindən (MTK) təmirsiz (podmayak) mənzil alarkən vətəndaşların aldadılması hallarına rast gəlinir. Belə hallarla qarşılaşmamaq üçün nə etmək lazımdır? “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyətinin sədri Vüqar Oruc “Report”a açıqlamasında bildirib ki, ölkə vətəndaşlarının əksəriyyəti öz hüquqlarını dərindən bilmədiyinə görə, ilkin alqı-satqı zamanı aldanmalar, əsassız ödəniş tələbləri kimi qanunsuzluqlarla …
Read More »QHT Agentliyi 3 ayın təşkilatına 8000 qrant ayırıb
” Jurnalistika Sənətkarlığına Dəstək” ictimai birliyi bir ayın içində qeydiyyatdan keçib və qrant müsabiqəsinə sənəd təqdim edib. İki ay sonra qalib elan olunur və 8000 manat qrant ayrılır. QHT Agentliyində belə bir qayda var idi ən azı bir il fəaliyyəti olmalıdı. Bir il fəaliyyəti olan təşkilata isə ən yuxarı 5000 manat qrant ayrıla bilərdi.Agentlik qanunsuzluq edərək, qəbul edilmiş qaydaları kiminsə xətrinə …
Read More »Niderlanddakı səfirimiz Laçın yolundan yazdı
Laçın yolu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) humanitar əməliyyatları üçün açıqdır. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev “X” sosial şəbəkəsində yazıb. Niderlandın xarici işlər naziri Vopke Hukstranın paylaşımına cavab olaraq azərbaycanlı diplomat qeyd edib ki, məhz Ermənistan tərəfi Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından paralel istifadəyə dair razılaşmanı pozan tərəf olub və onların məqsədi beynəlxalq səviyyədə manipulyasiya, dezinformasiya siyasətini …
Read More »Müdafiə Nazirliyi məlumat yaydı
Avqustun 18-i saat 10:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Boyukmillet.com xəbər verir ki, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Bundan başqa, saat 11:55-dən 12:15-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd və Füzuli …
Read More »Türkiyədə 100 ziyalı Bakıya qarşı çıxdı – MHP-dən cavab
Oxuduğum xəbərdə “Bakı rejimi Ankara rejiminin dəstəyini arxasına alaraq, aylardır Qarabağın erməni xalqına qarşı yönələn və soyqırım ehtimalını gündəmə gətirən bir blokada tətbiq edir” cümlələri vardı. İmza atdıqları mətnlə bütün niyyətlərini üzə çıxarırdılar. Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyası sədri Dövlət Baxçalının mətbuat müşaviri Yıldıray Çiçək Türkiyədə bir qrup alim, yazıçı, jurnalist, siyasətçi və hüquq müdafiəçisinin …
Read More »İlham Əliyev fərman imzaladı
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 974-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Boyukmillet.com …
Read More »Kadırovun oğlu Quranı yandıran şəxsi döydü
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov Rusiyada Quranı yandırmaqda şübhəli bilinən və hazırda Qroznıdakı istintaq təcridxanasında saxlanılan Nikita Juraveli döyüb. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanov deyib. “O, əsl vətənpərvərlik nümunəsi göstərdi və dinimizi və müqəddəslərimizi qorumağa çalışdı. Adam Kadırov onu sağ buraxmaqla humanistlik göstərib”, – Delimxanov bildirib.
Read More »Türkiyə Ukrayna üçün yeni hərbi gəmi inşa edir
Türkiyə Ukrayna Hərbi Dəniz Qüvvələri üçün “Ada” tipli korvet inşa edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrindən məlumat verilib. Məlumata görə, gəminin inşası İstanbuldakı tərsanələrdən birində aparılır. Bildirilib ki, bu, Türkiyənin Ukrayna Hərbi Dəniz Qüvvələri üçün inşa etdiyi ikinci korvetdir.
Read More »Bərxudarov dedi ki, hamısını açıb deyəcəm – Şok ifadə
2017-ci ilin mayında Tərtərdə yüzlərlə hərbçiyə qarşı kütləvi şəkildə işgəncələr baş verərkən eyni hadisələr həmin vaxt paralel olaraq, Beyləqanda da yaşanıb. Orada da çoxsaylı əsgər və zabit “düşmənlə əməkdaşlıq” adı ilə işgəncəyə məruz qalıb. Nəticədə onlardan biri – baş leytenant Adil Sabirli işgəncə nəticəsində həyatını itirib. Boyukmillet.com xəbər verir ki, 2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat təzələnəndə Beyləqan hadisələri …
Read More »Hərbçimiz özünü güllələdi
Azərbaycan Ordusunun hərbçisi özünü güllələyərək öldürüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Axar.az-a Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, Hərbi prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Asim Hamail oğlu Abbasovun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Ağdam hərbi prokurorluğuna məlumat daxil olmuşdur. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar