Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Ermənistan ekoloji terrorundan əl çəkmir – DEPUTATIN ŞƏRHİ

“Ermənistan 44 günlük müharibəyə qədər də, bu gün də özünü regionda terrorçu dövlət kimi aparır. Rəsmi İrəvanın həyata keçirdiyi və özünün də ən böyük silahı hesab etdiyi ekoloji terrordan əziyyət çəkən ölkələrin sayı da artıb. Bu ölkə qonşularına hansı fəlakətlər yaşatmayıb? İlk olaraq Metsamor Atom Elektrik Stansiyasının törədə biləcəyi fəlakəti təsəvvür edək. Bu AES ötən əsrin 70-ci illərində SSRİ tərəfindən …

Read More »

İranlı qadın Quranı təhqir etdi

İranlı rəssam Firuzə Bəzrəfkən İranın Danimarkadakı səfirliyi qarşısında Qurani-Kərimi parçalayaraq sürtgəcdən keçirib. Boyukmillet.com xəbər verir ki, qadının bu hərəkəti sosial mediada geniş müzakirələrə səbəb olub. Firuzə Bəzrəfkənin sözlərinə görə, onun məqsədi İranda müqəddəs kitabın şərtlərinə etiraz edərək qadınların hüquqlarının kəskin şəkildə pozulduğunu vurğulamaq olub. O, İran rejiminin sərt tədbirlərinin tək səbəbi kimi “Qurani-Kərim”in qadınlarla bağlı olan hicab qanunlarını göstərib.

Read More »

İranlı jurnalistlər ölkəyə qayıtmaqdan imtina etdilər

İranın Avstraliyada keçirilən idman turnirinə ezam etdiyi jurnalistləri bu ölkədən sığınacaq istəyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb. Bildirilir ki, “İran idmanı” qəzetinin redaksiya heyətinin üzvü, “İran” qəzetinin idman şöbəsinin katibi Səid Zahidian və “İran” qəzetinin fotoqrafı Nəim Əhmədi İrana qayıtmaqdan imtina ediblər.

Read More »

Məhkəmə Qubad İbadoğlu ilə bağlı qərar verdi

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun ev dustaqlığına buraxılmaması ilə bağlı qərardan verilmiş şikayətə baxılıb. Boyukmillet.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda məhkəmə şikayəti əsassız hesab edib. Təqsirləndirilən şəxsin həbsinin davamına qərar verilib.

Read More »

İranlı vəkillər Fəridi müdafiə etməkdən qorxurlar – Mahmudi

Fərid Səfərlinin cinayət işini hüquqi deyil, siyasi proses olaraq dəyərləndirirəm və qınayıram. Boyukmillet.com xəbər verir ki, bu sözləri Axar.az-a tanınmış güneyli vəkil, Azərbaycan İnsan Haqları Təşkilatının sədri Nağı Mahmudi Fəridə qarşı irəli sürülmüş yeni ittihamı şərh edərkən deyib. Onun sözlərinə görə, yeni ittiham əvvəlkinə nisbətən daha yüngül hesab olunur: “Fərid Səfərlinin ittihamının dəyişdirilməsi onun xeyrinədir. Əvvəlki casusluq ittihamına görə azərbaycanlı gəncin cəzası 2 …

Read More »

İcra başçısının həbsi üçün ciddi əsas…

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Tərtər rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatdan sonra aparılan istintaq hərəkətləri bu rayonun icra başçısı Müstəqim Məmmədovun cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnəcək. Boyukmillet.com xəbər verir ki, bir neçə gün əvvəl rayonda keçirilən əməliyyatda həbs edilən Tərtər rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri – baş memar Tofiq Kərimov istintaqa ilkin ifadəsində …

Read More »

Putin və Ərdoğan arasında Zəngəzur dəhlizi müzakirəsi…

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və Zəngəzur dəhlizi məsələsi müzakirə olunacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “Hürriyət” nəşrinin köşə yazısında bildirilib.Qeyd edilib ki, liderlər həmçinin “Taxıl sazişi”nin bərpasını, Suriyadakı durumu və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər. Qeyd olunub ki, səfərin avqustun sonunda baş tutacağı gözlənilir. Həm rəsmi Ankara, həm də …

Read More »

Rusiyada şok olay: ermənilər iki vaqnerçini öldürdü

Rusiyanın Tuapse bölgəsində ermənilər özbaşınalıq ediblər. Boyukmillet.com xəbər verir ki, hadisə avqustun 5-i gecə saatlarında qeydə alınıb. Məlumata görə, ermənilər Rusiya vətəndaşlarına hücum ediblər. Hücum zamanı keçmiş vaqnerçilər olan üç nəfər vəhşicəsinə döyülüb. Onlardan 21 yaşlı gənc qaçmağı bacardığı üçün xəstəxanaya yerləşdirilib, digər iki nəfər hadisə zamanı həlak olublar. Faktla bağlı Karen Ustyan, Vartan Tulumcyan, Albert Ekzaryan və Artyom Turkmenyan adlı …

Read More »

Ukraynalı keçmiş deputat cəbhədə həlak oldu

Uktaynalı keçmiş deputat Sergey Slabenko Zaporojye istiqamətində gedən döyüşlərdə həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Ali Radasından məlumat verilib. “Sergeyi evdə həyat yoldaşı və uşaqları gözləyirdi. Ali Rada rəhbərliyi, Ukrayna xalq deputatları, rəhbərlik onun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir”, – məlumatda bildirilib. Qeyd edək ki, Sergey Slabenko 2002-2006-cı illərdə deputat olub.

Read More »

Ombudsman Ermənistanın azərbaycanlılara qarşı nifrət siyasətinin davam etdirilməsinə münasibət bildirib

Ermənistan hakimiyyəti tərəfindən formalaşdırılmış və hazırda da davam etdirilən Azərbaycanofobiya siyasətinin nəticələri sosial şəbəkələrdə erməni istifadəçilərin şərhlərində özünü daha qabarıq şəkildə göstərməkdədir. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın sosial şəbəkə hesabındakı paylaşımında yer alıb. Qeyd edilib ki, son zamanlar müxtəlif əsassız bəyanatlar verilməsi, erməni mətbuatında və sosial şəbəkə seqmentində təbliğat yolu ilə …

Read More »