“Gələn il Avropada enerji böhranı yarana bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 31-də Ankarada azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Nazir vurğulayıb ki, Azərbaycan və Türkiyə Avropanın enerji təhlükəsizliyinə töhfə verir: “Bizim bu sahədəki əməkdaşlığımız ancaq iki …
Read More »Qərbi Azərbaycan İcması Meşəlidə soyqırımı törətməkdə şübhəli bilinən Xaçaturyanın həbsini alqışlayır
Qərbi Azərbaycan İcması 1991-ci ildə Xocalı rayonunun Meşəli kəndinin azərbaycanlı sakinlərinə qarşı törədilmiş insanlıq əleyhinə cinayətlərdə iştirakına görə onilliklər ərzində Azərbaycanın beynəlxalq axtarış siyahısında olan Vaqif Xaçaturyanın çoxdan gözlənilən həbsinin nəhayət baş tutmasını alqışlayır. Azərbaycan hüquq-mühafizə orqanlarının bu uğuru Meşəli qətliamından sağ çıxanların qəlbinə böyük təsəllidir. Biz ümid edirik ki, Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlərdə və insanlıq əleyhinə cinayətlərdə iştirakda …
Read More »Şəhid pilotun qardaşı niye saxlanılıb?
Redaksiyamıza 29 iyul 2023-cü il tarixində daxil olan məlumata əsasən 24 iyul 2019-cu ildə Xəzər dənizində qəzaya uğrayaraq həyatını itirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsinin pilotu Rəşad Atakişiyevin qardaşı Elşad Atakişiyev Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə aparılmışdır. Hadisə ilə bağlı əməkdaşımız Atakişiyevlər ailəsi ilə əlaqə saxlayaraq Elşadın saxlanmasının səbəblərini öyrənməyə çalışmışdır.Belə ki,ailə üzvləri Rəşadın ölümünün qəza olması ilə razı deyillər, …
Read More »Müharibə veteranı “Qayalı” marketdə vəhşicəsinə döyüldüyünü deyir, şirkət isə təkzib edir-Video
Şamaxı rayonundan olan İkinci Qarabağ müharibəsi vetreranı Ömərli Şərəfxan Ağadadaş oğlu Azinforum.az-a müraciət edərək “Qayalı” marketlər şəbəkəsinin Şamaxı filialının işçiləri tərəfindən mağazada döyüldüyü barədə məlumat verib. Müharibə veteranı redaksiyamıza aldığı xəsarətləri əks etdirən fotoları da təqdim edib. Onun sözlərinə görə, baş verənlərlə bağlı Şamaxı Rayon Polis İdarəsinə müraciət edib. Ömərli Şərəfxan əlaqədar qurumlardan bu işin obyektiv araşdırılmasını xahiş edir. Bu …
Read More »Azərbaycan Respublikasının Ukraynadakı səfiri Seymur Mərdəliyev diaspor təşkilatları ilə görüşüb
Azərbaycan Respublikasının Ukraynadakı səfiri Seymur Mərdəliyev Xarkov vilayətinə, “Dostluq” Xarkov Regional Azərbaycan-Ukrayna Dostluq Cəmiyyətinə, “Aynur Xatun” Xarkov Azərbaycanlı Qadınlar Assosiasiyasına, Beynəlxalq İslam İncəsənəti və Mədəniyyəti Mərkəzinin Koordinasiya Şurasına və Xarkov şəhərinə işgüzar səfəri çərçivəsində “Ukrayna Azərbaycanlıları” Regional Təşkilatı Konqresin nümayəndələri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə həmçinin səfirliyin müşaviri Sabir Rzayev, səfirliyin birinci katibi Namiq Niftullayev, Azərbaycan Respublikasının Xarkovdakı …
Read More »Füzulidə silah-sursat aşkarlanıb
Füzuli rayonunda silah-sursat aşkar edilib. Boyukmillet.com xəbər verir ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazisində hərbi silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 10 avtomat, 4 qumbaraatan, 2 pulemyot və 1510 müxtəlif çaplı patron götürülərək aidiyyəti üzrə təhvil verilib.
Read More »Azərbaycan XİN: “Erməni sakinlərlə dialoq ilkin dövrlərdə öz müsbət töhfəsini verib”
” Azərbaycan hakimiyyət orqanları tərəfindən Qarabağ bölgəsinin yerli erməni sakinləri ilə dialoq istiqamətində ardıcıl addımlar atılıb, yeni Laçın yolunun tikintisi, Laçın ərazisində kiçik SES-lərdən istifadə, Sərsəng su anbarının istifadə və idarəolunması istiqamətində bir sıra təmaslar və erməni sakinlərlə dialoq ilkin dövrlərdə öz müsbət töhfəsini verib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bölgədəki son vəziyyətlə bağlı bəyanatında bildirilib. …
Read More »XİN: “Ermənistanın məqsədi bölgəyə üçüncü tərəfləri cəlb etməkdir”
“Ermənistanın məqsədi bölgəyə üçüncü tərəfləri cəlb etmək, gərginliyin coğrafiyasını genişləndirmək və sülh prosesini iflasa uğratmaqdan ibarətdir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bölgədəki son vəziyyətlə bağlı bəyanatında bildirilib. Qeyd olunub ki, bütün bunlar, xüsusilə də, qanunsuz hərbi birləşmələr tərəfindən davamlı şəkildə törədilən hərbi təxribatlar, o cümlədən son vaxtlar daha da intensivləşən və mülki uçuşları hədəf alan radio-elektron …
Read More »XİN: “İkinci Qarabağ müharibəsindən sonra 303 azərbaycanlı mina qurbanına çevrilib”
“10 noyabr 2020-ci il bəyanatının bütün hərbi fəaliyyətlərin dayandırılmasına dair müddəasına və digər beynəlxalq öhdəliklərə zidd olaraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin intensiv minalanması halları, Azərbaycan ərazilərinə 2021-ci il istehsalı olan minalar gətirərək basdırması, beynəlxalq ictimaiyyətin Ermənistanın məqsədli şəkildə mina təhdidinə göz yumması nəticəsində 2020-ci ilin noyabr ayından bəri iki nəfər jurnalist daxil olmaqla 303 nəfər azərbaycanlı mina qurbanına çevrilib”. Boyukmillet.com …
Read More »Çin Yaponiyaya xəbərdarlıq edib
“Biz Yaponiyanı hərbi təhlükəsizlik bəyanatlarında, hərəkətlərində ehtiyatlı olmağa və ikitərəfli münasibətləri yoluna qaytarmaq üçün əməli addımlar atmağa çağırırıq”. Boyukmillet.com xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefey bəyan edib. Onun sözlərinə görə, Yaponiyanın “Ağ Kitab”ının yeni variantı Çin haqqında yanlış təsəvvürlərə sadiqdir, Pekinin hərbi təhlükəsini “qəsdən şişirdir”, regionda gərginliyi artırır, həmçinin Çinin daxili işlərinə kobud müdaxilədir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar