Bu həftəsonu dolu və güclü küləklə müşayiət olunan güclü fırtına Serbiyada 3 nəfərin ölümünə səbəb olub. Boyukmillet.com xəbər verir ki, bu barədə RTS məlumat yayıb. Bildirilib ki, pis havadan ən çox Voyvodina, Baçka-Palanka və Novi-Sad şəhərləri zərər çəkib. Serbiyanın müxtəlif bölgələrində pis hava şəraiti səbəbindən elektrik enerjisinin kəsilməsi, həmçinin ağacların aşması səbəbindən xeyli zərərlər qeydə alınıb. Külək qalın ağacları kökündən qoparıb, budaqları …
Read More »İspaniyada növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb
İspaniyada növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb. Boyukmillet.com xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 11:00-da) açılıb və saat 20:00-a qədər (Bakı vaxtı ilə 22:00) işləyib. İstisna Kanar adalarındakı seçki məntəqələridir ki, burada seçki məntəqələri vaxt fərqinə görə bir saat gec bağlanacaq. Saat 18:00-a (Bakı vaxtı ilə 20:00) olan məlumata görə, seçici fəallığı təxminən 53 …
Read More »Sosial mediadakı tənqidlərdən məmurları kimlər qoruyur? – Bu fəaliyyət birbaşa Prezidentin iradəsinə qarşıdır…
Media ilə bağlı olduqca maraqlı tendensiya yaranıb.Tənqidçi jurnalistlər çıxılmaz bir durumda qalıb. Ciddi media subyektləri adını qoyduqları təsisatlarda heç orta səviyyəli məmur barədə belə tənqid verilmir. Yuxarıdan gələn icazəli tənqidlər istisna olmaqla. Korrupsioner məmurlarla peşəkar adlandırılan media qurumları arasında cinayətkar bir şəbəkə yaranıb. Bu vasitə ilə ruşvətxor məmurlar medianın tənqidlərindən sığortalanmış olurlar. Belə olduğu təqdirdə, vicdanı, ləyaqəti olan jurnalistlər öz …
Read More »Prezident İlham Əliyev: “Azərbaycan və Misir xalqlarını ənənəvi dostluq münasibətləri birləşdirir”
“Azərbaycan və Misir xalqlarını ənənəvi dostluq münasibətləri birləşdirir”. Boyukmillet.com xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Prezident Əbdülfəttah əs-Sisiyə ünvanladığı təbrik məktubunda yer alıb. “Bu gün bu xoş ənənələr üzərində qurulan dövlətlərarası əlaqələrimiz müvəffəqiyyətlə inkişaf etməkdədir”, – təbrikdə deyilir. Prezident İlham Əliyev xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Misir arasında …
Read More »Benyamin Netanyahu uğurlu əməliyyat olunub
İsrailin Baş naziri Benyamin Netanyahu əməliyyat olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Kan” radiosu məlumat yayıb. Benyamin Netanyahuya ürək ritminin tənzimlənməsi üçün kardiostimulyator quraşdırılıb və əməliyyat uğurla keçib. Qeyd olunub ki, baş nazirin səhhəti yaxşı qiymətləndirilir və o, Şeba Tibb Mərkəzinin kardiologiya şöbəsində müşahidə altındadır.
Read More »Gədəbəydə ərini bıçaqlamaqda şübhəli bilinən qadın tutulub
Gədəbəydə ərini bıçaqlamaqda şübhəli bilinən qadın tutulub. Boyukmillet.com xəbər verir ki, iyulun 22-də Gədəbəy rayon sakini 1989-cu il təvəllüdlü Taryel Musayevin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 1992-ci il təvəllüdlü Səyidə Musayevanın Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yaşayış evlərindən birində aralarında yaranmış mübahisədən sonra əri Taryel Musayevə bıçaqla xəsarət yetirərək onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr …
Read More »Cəlilabadda asılmış qadın meyiti aşkar olunub
Cəlilabad rayonunda evdən asılmış qadın meyiti aşkar edilib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Cavadxan küçəsində qeydə alınıb. Belə ki, Rəqsanə Mirişovanın meyiti həmin küçədə evlərdən birində asılmış vəziyyətdə tapılıb. Hadisənin intihar olub-olmaması dəqiq deyil. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Read More »Gürcüstan mətbuatı Prezident İlham Əliyevin Şuşada Qlobal Media Forumundakı çıxışından yazıb
Azərbaycan Prezidenti İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan, rus, ingilis və gürcü dillərində yayımlanan materiallarda Prezident İlham Əliyevin mətbuatın inkişafı, forumun əhəmiyyəti, qlobal enerji məsələləri, eləcə də sülh çağırışları barədə fikirləri yer alıb. Geniş oxucu kütləsinə malik newsday.ge portalında rus, ingilis …
Read More »Şəmsi Səmədzadə kimi tanınmış zodlu icmanın tədbirində niyə iştirak etməyib?..
Dünən Qərbi Azərbaycan İcmasının tərkibində Zod icmasının Göygöl nümayəndəliyinin yaradılması ilə bağlı tədbir keçirilib. 300-ə yaxın zodlunun iştirak etdiyi tədbirdə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və vaxtı ilə Qərbi Azərbaycandan, Zod mahalından zorla deportasiya edilmiş və rayonda məskunlaşmış bir qrup ağsaqqal və ziyalılar, …
Read More »Özünü yandıran qazi vəfat etdi
Biləsuvar rayonunun Səmədabad kənd sakini 44 günlük Vətən müharibəsi qazisi İbadov Nizaməddin dünyasını dəyişib. Boyukmillet.com xəbər verir ki, 33 yaşlı qazi iyulun 21-də yaşadığı evin önündə özünü yandıraraq intihara cəhd edib. Onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, İbadov Nizaməddin Hidayət oğlu “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdi. 2 övladı var.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar