Ukrayna ordusu son sutkada Rusiyanın İran istehsalı olan 10 “Shahed” pilotsuz uçuş aparatını (PUA) məhv edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrindən bildirilib. Rusiya qoşunları ötən gün ümumilikdə 13 PUA ilə Ukraynaya hücum edib. Xüsusilə Zaporojye vilayətindəki hərbi və infrastruktur obyektlər hədəf alınıb.
Read More »BMT: “Fransada hüquq-mühafizə orqanlarında irqi ayrı-seçkilik problemlərinə ciddi yanaşmağın vaxtı çatıb”
Fransanın hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkilik problemlərinə ciddi yanaşmağın vaxtı çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə BMT-dən bildirilib. Qeyd olunub ki, polisin gənc vətəndaşa qarşı silah tətbiq etməsi iddiası operativ surətdə araşdırılmalıdır. Xatırladaq ki, iyunun 27-də Fransanın Nanter şəhərində polis tərəfindən əlcəzairəsilli Nael adlı 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisənin sosial mediada yayımlanan görüntülərinə əsasən, yeniyetmə polis zorakılığının qurbanı …
Read More »Avropa İttifaqının 27 ölkəsi Rusiyaya təzyiqləri daha da artıracaq
Avropa İttifaqına üzv olan 27 ölkənin liderləri Rusiyaya təzyiqləri daha da artırmaq üçün tədbirləri müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Aİ sammitinin bəyanatında deyilir. Qeyd olunub ki, Avropa Şurası Rusiyanın təcavüzkar müharibə aparmaq qabiliyyətini zəiflətmək üçün ona qarşı təzyiqləri daha da artırmaq səylərini, o cümlədən sanksiyaların tətbiqi, onların tam, effektiv şəkildə həyata keçirilməsi və sanksiyalardan yayınmaların qarşısını almaq …
Read More »Bakıda məşhur tikinti şirkətləri ağacları qanunsuz kəsib, prokurorluğa müraciət olunub
Bakıda ağacları qanunsuz kəsən tikinti şirkətləri ilə bağlı prokurorluğa müraciət olunub. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. Xidmət əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Xətai, Nəsimi, Nərimanov və Qaradağ rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib. Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Xətai rayonu, Nəsirəddin Tusi küçəsində “Hayat Residence” MMC, Nəsimi rayonu ərazisində “İnvest …
Read More »Azərbaycan XİN: “Saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib”
27-29 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə …
Read More »Sülh danışıqları ilə bağlı növbəti görüşün Avropada keçirilməsi nəzərdə tutulub
“Avropa İttifaqındakı həmkarlarımızın ev sahibliyi ilə bir neçə həftə sonra növbəti görüşün keçirilməsi gözlənilir”. Boyukmillet.com xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken bəyan edib. “Düşünürəm ki, biz nə qədər yaxınlaşsaq, razılaşmaya bir o qədər yaxınlaşacayıq. Əldə edilmiş tərəqqiyə görə hər iki tərəfə təşəkkür edirik. Bu səylərimizi önümüzdəki həftələrdə və aylarda davam etdirəcəyik”- deyə, o vurğulayıb.
Read More »Son on gündə İrandan Azərbaycana göndərilən 13 milyon manatlıq narkotik aşkarlanıb
Baş Narkotiklərlə Mübarizə İdarəsi son 10 gün ərzində “qara bazar”da dəyəri 13 milyon manat olan 243 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları son 10 gündə İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə narkotiklərin satışını təşkil edən şəxslərə qarşı Bakı, …
Read More »Vaşinqtonda Ermənistanın hərbi təxribatlarına qarşı etiraz aksiyası keçirilib
Vaşinqtonda yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarına qarşı etiraz aksiyası keçiriblər. “Report”un ABŞ bürosu xəbər verir ki, soydaşlarımız əllərində Azərbaycan və Türkiyə bayraqları, ingilis dilində şüarlar yazılmış plakatlarla Ermənistanın ABŞ-dakı səfirliyinin binasının önündə toplaşıblar. Aksiya iştirakçıları “Qarabağ Azərbaycanındır”, “Ermənistan əsgəri Azərbaycan torpaqlarını tərk etməlisən!”, “Ermənistan müharibə cinayətkarıdır”, “Müharibəyə son” şüarları səsləndirib, qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını …
Read More »Qərbi Azərbaycan İcması Fransa prezidentinin destruktiv bəyanatını qınayıb
Qərbi Azərbaycan İcması Fransa prezidentinin destruktiv bəyanatını qınayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Qərbi Azərbaycan İcmasının Mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, Qərbi Azərbaycan İcması Fransa Prezidenti Makronun erməni diasporunun bəzi radikal ünsürləri ilə görüşündə verdiyi son bəyanatını, xüsusən də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması kontekstində Ermənistanın maraqlarını Ermənistan hökumətindən daha yaxşı müdafiə etməyi iddia etməsini sərt …
Read More »Bilal Dündar: AzTV əməkdaşlarının üzləşdiyi hal dünya mətbuatını narahat etməlidir
Bu gün jurnalistlər dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərir. Onların bəziləri müharibə şəraitində reportajlar hazırladıqları üçün ölüm və terror təhlükəsi ilə üz-üzə gəlir. Ancaq AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına edilən hücum anlaşılan səbəb deyil. Boyukmillet.com xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Kocaeli Heydər Əliyev Mədəniyyət mərkəzinin rəhbəri, jurnalist Bilal Dündar deyib. O qeyd edib ki, jurnalistlərə qarşı təzyiq yolverilməzdir. Əgər bu hadisə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar