Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Şurasının iclasında Azərbaycan – Ermənistan münasibətləri də müzakirə olunacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. İclas iyunun 26-da Lüksemburqda keçiriləcək, digər məsələlərlə yanaşı, Azərbaycan – Ermənistan münasibətləri ilə bağlı da dinləmələr olacaq.
Read More »Britaniya XİN başçısı: “Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişinin imzalanması mümkündür”
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişinin imzalanması mümkündür”. Boyukmillet.com xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviterdə yazıb. O bildirib ki, rəsmi London Cənubi Qafqazda rifahı, sülhü və təhlükəsizliyi dəstəkləyir. C.Kleverli həmçinin rəsmi Bakının Ukraynaya humanitar dəstəyinin artırılması qərarına görə azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür edib.
Read More »Azərbaycan dövlət orqanlarının rəsmiləri Brüsseldə NATO-nun dezinformasiyaya qarşı təcrübəsini öyrənirlər
Azərbaycanın dövlət orqanlarının rəsmiləri NATO-nun mənzil qərargahına gediblər. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə bildirib. O qeyd edib ki, Azərbaycan və NATO arasında ictimai diplomatiya və strateji kommunikasiyalar sahəsində tərəfdaşlıq çərçivəsində dezinformasiyaya qarşı mübarizədə NATO-nun yanaşması və qabaqcıl təcrübələri öyrəniləcək. Həmçinin nümayəndə heyəti strateji kommunikasiyalar, sosial şəbəkələrdən istifadə ilə bağlı brifinqlər və dəyirmi masa müzakirələrində iştirak …
Read More »Söyüdlüdəki vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın üzvləri kənd sakinləri ilə görüşəcək
Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın üzvləri kənd sakinləri ilə görüş keçirəcək. Boyukmillet.com-un xəbərinə görə, bunu Komissiya sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Real Tv”yə açıqlamasında deyib. Onun sözlərinə görə, kənd sakinləri ilə görüşdən sonra Komissiya üzvləri əraziyə baş çəkəcəklər: “Komissiya ərazidəki problemləri daha dəqiq öyrənəcək və hər hansı təklifləri hazırlayacaq”. Qeyd edək ki, ötən gün …
Read More »Prezident İlham Əliyev Qazaxıstanın Baş nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Read More »Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb – FƏTVA
AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə 28 iyun tarixinə təsadüf edəcək. Boyukmillet.com-un xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib. Qeyd olunub ki, şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər. İyun …
Read More »Kamran Əliyev Laçında əməliyyat müşavirəsi keçirib
Laçın Rayon Prokurorluğunun yeni inzibati binasının açılış mərasimindən sonra Baş Prokurorluğun rəhbərliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Müşavirədə açılış nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev …
Read More »Gələn həftə Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq
Gələn həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş olacaq. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, görüş ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək. N.Paşinyan qeyd edib ki, Ermənistan sülh üçün bütün səyləri göstərir: “Biz münasibətlərin nizamlanmasına dair saziş imzalamalıyıq. Ermənistan nümayəndə heyəti bu amalla ABŞ-a gedəcək”. Hökumət başçısının …
Read More »Ermənilər Azərbaycan Ordusunun Laçın, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərini atəşə tutub
İyunun 22-si saat 02:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, iyunun 21-i saat 23:05-dən iyunun 22-si saat 08:15-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun …
Read More »Dünya Bankı Ukraynaya 1,75 milyard dollarlıq yeni yardım elan edib
Dünya Bankı Ukraynaya 1,75 milyard dollar məbləğində yardım ayırdığını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə təşkilatın bəyanatında deyilir. Yardım paketinə Böyük Britaniyanın zəmanəti ilə maliyyə qurumundan 500 milyon dollarlıq kredit, 1,25 milyard ABŞ dolları məbləğində qrant və Finlandiyadan 15 milyon dollar məbləğində qrant daxildir. Kiyev onlardan pensiyaların ödənilməsi, sosial yardım proqramlarının həyata keçirilməsi və dövlət işçilərinə maaşların ödənilməsi üçün də …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar