“Təxminən 30 illik işğalın başa çatmasından sonra Qarabağda bu gün qürurla dalğalanan Azərbaycan bayrağını qardaşlığımızın simvolu olaraq görürük”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Kabinetinin 8 saat davam edən iclasından sonra verdiyi açıqlamada bildirib. “Ermənistanla davam edən normallaşma prosesinə dəstəyimizi vurğuladıq. Bölgəmizdə sülh və sabitliyin təmin olunmasına dair güclü gözləntilərimizi bir daha nəzərdən keçirdik. Can Azərbaycan …
Read More »XİN: “Ümummilli Lider Heydər Əliyev ölkəmizi ictimai-siyasi böhrandan xilas etdi”
“Ümummilli Lider Heydər Əliyev ölkəmizi ictimai-siyasi böhrandan xilas etdi”. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) tviterdə 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı paylaşımında yer alıb. “Bu gün 15 İyun – Milli Qurtuluş Günüdür. Hakimiyyətə qayıdışı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizi ictimai-siyasi böhrandan xilas etdi, inkişafın sarsılmaz təməlini qoydu, dövlətçiliyimizi daha da möhkəmləndirdi. …
Read More »Şuşa Bəyannaməsinin imzalanmasından iki il ötür
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasının ikinci ildönümüdür. Boyukmillet.com xatırladır ki, bu gün Bəyannamənin imzalanmasından iki il ötür. Şuşa Bəyannaməsi 2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi 2022-ci ilin fevralın 1-də …
Read More »Bu gün daha 22 ailə Laçın rayonuna köçürülüb
Bu gün daha 22 ailə Laçın rayonuna köçürülüb. Bu barədə “Report”un Laçın rayonuna ezam olunmuş əməkdaşı xəbər verir. Ümumilikdə 72 nəfərin olduğu köç maşınları Laçının şəhərinin girişində Həkəri çayının üzərindəki körpüdən keçərək şəhərə daxil oldu. Qeyd edək ki, Laçın rayonundan olan keçmiş məcburi köçkünlərin öz dədə-baba yurduna köçürülməsinə başlanılıb.
Read More »Azərbaycanla Özbəkistan arasında ikitərəfli əməkdaşlıq müzakirə olunub
14 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının xarici işlər nazirinin müavini Bobur Usmanov ilə görüşüb. XİN-dən bildirilib ki, görüş zamanı tərəflər Azərbaycanla Özbəkistan arasında tarixi dostluq və qardaşlıq üzərində qurulan ikitərəfli əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı perspektivlərini, müntəzəm əsasda həyata keçirilən yüksək səviyyəli təmasların gündəliklərindən irəli gələn məsələləri müzakirə ediblər. Dövlətlərin ikitərəfli müstəvi ilə yanaşı, …
Read More »Ərdoğan: “Zəngəzur dəhlizi layihəsinin reallaşmaması Ermənistanla deyil, İranla bağlıdır”
“Zəngəzur dəhlizi layihəsinin reallaşmaması Ermənistanla deyil, İranla bağlıdır”. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, İranın mövqeyi həm Türkiyəni, həm də Azərbaycanı narahat edir: “Bu problemin ən yaxın zamanda həll olunacağını arzulayıram”.
Read More »Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada təşkil olunacaq
Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada təşkil olunacaq. Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Sənədə əsasən, Məhkəmə-Hüquq Şurasının 15 üzvdən ibarət tərkibi aşağıdakı qaydada təşkil olunacaq: – hakimlərin konfransı tərəfindən seçilən kassasiya instansiyası məhkəməsinin üç hakimi; – hakimlərin konfransı tərəfindən seçilən apellyasiya instansiyası məhkəmələrinin üç hakimi; – hakimlərin konfransı tərəfindən seçilən …
Read More »İlham Nəzərli Fələstin Dövlətində Təmsilçilik Ofisinin rəhbəri təyin edilib
İlham Ənvər oğlu Nəzərli Azərbaycan Respublikasının Fələstin Dövlətində Təmsilçilik Ofisinin rəhbəri təyin edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Read More »Azərbaycan XİN Fransaya cavab verib
“Fransa Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətdə sərbəst hərəkətini görmək istəmir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə tviterdə yazıb. O bildirib ki, blokada iddiası Fransanın qərəzsiz olmasına dair iddialarına ziddir. Qeyd edək ki, Fransa xarici işlər naziri Ketrin Kolonna daha əvvəl demişdi ki, “heç bir ölkə Ermənistanla qonşusu arasında sülh razılaşması üçün …
Read More »Siyavuş Novruzov: “Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ümummilli Lideri var”
“Hər bir xalqa Ümummilli Lider nəsib olmur. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ümummilli Lideri var. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında etdiyi xidmətlər, gördüyü işlər hələ uzun illər gələcək nəsillər tərəfindən deyiləcək”. Boyukmillet.com xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib. O bildirib ki, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar