Çərşənbə , 8 Aprel 2026

autor

Hulusi Akar: “Azərbaycandakı qardaşlarımız üçün əlimizdən gələni edirik”

“Azərbaycan, Kipr, Liviya, Kosovo və Bosniyadakı qardaşlarımız üçün əlimizdən gələn nə varsa edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. “Xatırlayın, Ermənistan Azərbaycanın torpaqlarını işğal etdi. Xocalıda çox böyük qırğınlar törətdi. Uşaq, qoca, cavan (qətlə yetirildi-red) və bu qırğın 30 il davam etdi. Bir milyona yaxın insan evsiz-eşiksiz qaldı. 30 illik işğal ATƏT-in tükünü də …

Read More »

Türkiyə Səfirliyi: “Müstəqil Azərbaycanın bayrağı ölkənin səmasında əbədiyyən dalğalanacaq”

“Müstəqil Azərbaycanın bayrağı ölkənin səmasında əbədiyyən dalğalanacaq”. Boyukmillet.com xəbər verir ki, bu, Türkiyənin respublikamızdakı səfirliyinin ölkəmizi Müstəqillik Günü münasibətilə təbrikində yer alıb. “Qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun! Müstəqil və suveren Azərbaycanın şanlı bayrağı bütün Azərbaycan torpaqlarında və səmasında əbədiyyən dalğalanacaq. Yaşasın güclü və müstəqil Azərbaycan!”, – təbrikdə deyilir.

Read More »

Xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi

Boyukmillet.com yap.org.az-a istinadən tarixçi Arzu Abdullayevlə müsahibəni təqdim edir: Tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev – Arzu müəllim, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 105 il ötür. Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yerini və rolunu necə dəyərləndirirsiniz? – Ötən əsrin ikinci onilliyi bir sıra xalqların həyatında mühüm hadisələrlə yadda qaldığı kimi Azərbaycan xalqının da tarixində silinməz izlər qoydu. Bu, o dövr …

Read More »

Azərbaycanda Müstəqillik Günüdür

Bu gün Azərbaycanda Müstəqillik Günüdür. Boyukmillet.com xatırladır ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür. Bu bayram artıq üçüncü ildir ki, işğaldan azad olunan torpaqlarda da qeyd olunur. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrilib. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il …

Read More »

İzmirdə rekorda imza atacağıq – AKP

AKP İzmirdə heç kimin təxmin edə bilməyəcəyi səs nisbəti ilə rekorda imza atacaq. Boyukmillet.com xəbər verir ki, bunu AKP-nin İzmir millət vəkili Şəbnəm Bursalı deyib. “İzmirdə əhalinin əksəriyyəti müxalifətin vədlərinə artıq inanmır. Müxalifətə səs verən vətəndaşlarımız “yenidən CHP-yə səs versəm, əlim qırılsın” deyərək peşmanlıqlarını bizlərə çatdırırlar. Küçələrdə bu kimi peşmanlıqları o qədər eşidirəm ki, AKP İzmirdə heç kimin təxmin edə …

Read More »

İlham Əliyev Kəlbəcərdə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonuna səfər edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı Kəlbəcər rayonunda Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində, “Azərenerji” ASC-nin “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib. Prezident İlham Əliyevə uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda və …

Read More »

Heydər Əliyev adına Hərbi İnstitutda şəhid zabitin xatirəsi anılıb

Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda Vətən müharibəsi şəhidi polkovnik-leytenant Qərib Baxşəliyevin anım mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, hərbi institutun zabit, kursant və müəllim heyəti iştirak ediblər. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. …

Read More »

İran Əfqanıstana hava zərbələri endirdi

İran Əfqanıstanın Zərənc şəhərində yerləşən hava limanına raket zərbələri endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə İran mediası məlumat yayır. Məlumatda İran PUA-larının sərhəd bölgəsində kəşfiyyat uçuşları həyata keçirdiyi, çox sayda Taliban qüvvəsinin yaralandığı bildirilir. Qeyd edək ki, mayın 27-si səhər saatlarından başlayaraq İran və Əfqanıstan sərhədçiləri arasında silahlı qarşıdurma olub.

Read More »

Hər şey aydındır, gizli heç nə qalmayıb… – Baxçalı

İndi hər şey açıq-aydındır. Gizli heç nə qalmayıb. Şəhidlərimizin izi ilə gedirik, qazilərimizin də yanındayıq. Boyukmillet.com xəbər verir ki, bunu MHP sədri Dövlət Baxçalı deyib. “Biz Türkiyənin yıxılmaz qalasıyıq. Saxta millətçilərlə, vətənpərvərlərlə türk xalqının işi olmaz. Heç kim maska taxaraq millətimizi aldada bilməz. MHP-nin başqaları kimi ürəyi möhürlənməyib. Gücümüzü inanc və prinsiplərimizdən alırıq”, – partiya sədri bildirib.

Read More »