“Türkün yolu Orta dəhlizdən, Qarabağdan, Zəngəzurdan keçər”. Sitat.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib. Onun sözlərinə görə, Qarabağın azadlığı Türk dünyası üçün strateji addım oldu: “Qarabağdakı qələbə nəticəsində türk dövlətlərinin özünəinamı bərpa olundu. Azərbaycanla imzaladığımız “Şuşa Bəyannaməsi” ilə əlaqələrimiz daha da möhkəmləndi”. M.Çavuşoğlu bildirib ki, türk dövlətləri arasında əlaqə bundan sonra da …
Read More »“Beynəlxalq ictimaiyyəti Azərbaycanın humanitar minatəmizləmə səylərini dəstəkləməyə çağırırıq” – BƏYANNAMƏ
“Beynəlxalq ictimaiyyəti Azərbaycanın humanitar minatəmizləmə səylərini dəstəkləməyə çağırırıq”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə 25-26 may tarixlərində “Mina Təhlükəsi ilə Mübarizə – Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda keçirilən 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransının yekun bəyannaməsində yer alıb. Bəyannamənin tam mətnini təqdim edirik: “Dünyada hələ də 60-dan çox …
Read More »Niderland Kralı Azərbaycan liderini təbrik edib
Niderland Kralı Villem-Aleksandr Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, məktubda deyilir: “Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır və Azərbaycan xalqına firavanlıq arzu edirəm”.
Read More »Polşa Rusiya və Belarus yük maşınlarının sərhəddən keçməsini yasaqlayacaq
Polşa Daxili İşlər Nazirliyi və Administrasiyası Rusiya və Belarusda qeydiyyatda olan malların olduğu yük maşınlarının Polşa-Belarus sərhədindən keçirilməsini dayandırmaq niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə cümə günü dərc olunan hökumətin fərman layihəsində qeyd edilib. “Belarus Respublikası və ya Rusiya Federasiyasının ərazisində qeydiyyatda olan yük avtomobilləri, traktorlar, qoşqular, o cümlədən yarımqoşqular üçün Belarus Respublikası ilə sərhəddən yükdaşımaları növbəti xəbərdarlıq edilənədək …
Read More »Masallıda saxlanılan avtomobilin yük yerindən 7 kiloqram narkotik vasitə aşkarlanıb
Masallıda saxlanılan avtomobilin yük yerindən 7 kiloqram narkotik vasitə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının rayonun Ərkivan qəsəbəsinin ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Fəzalət Əliyev “VAZ 2106” markalı avtomobildə saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin avtomobilin yük yerinə keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumilikdə 2 kiloqram …
Read More »Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir: “Hörmətli İlham Heydər oğlu! Azərbaycan Respublikasının dövlət bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu gün hamı üçün aydındır ki, Sizin ölkəniz qarşıya yeni inkişaf zirvələrini fəth etmək məqsədini qoyaraq, xalqın rifahının yüksəldilməsində və dövlətin təhlükəsizliyinin möhkəmlənməsində sanballı nəticələr …
Read More »Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə bölgədəki son vəziyyəti müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev arasında görüş olub. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüş zamanı Azərbaycanın BMT çərçivəsində fəaliyyətindən məmnunluq ifadə edilib, ölkəmizin BMT çərçivəsində bir sıra istiqamətlərdə, xüsusilə də sülh və təhlükəsizliyin dəstəklənməsi sahəsində genişmiqyaslı təşəbbüsləri, o cümlədən sülhməramlılarımızın müxtəlif missiyalarda iştirakı yüksək qiymətləndirilib. Ölkəmizin …
Read More »Milli Məclisin sonuncu iclası mayın 31-də keçiriləcək, gündəlikdə 14 məsələ var
Milli Məclisin yaz sessiyası üzrə sonuncu iclası mayın 31-də keçiriləcək. Boyukmillet.com xəbər verir ki, toplantının gündəliyinə aşağıdakı məsələlər daxildir. 1. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 3. Azərbaycan Respublikasının …
Read More »Ceyhun Bayramov NATO nümayəndəsini Azərbaycan-Ermənistan sülh danışıqları barədə məlumatlandırıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə NATO baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina arasında görüş keçirilib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüş zamanı NATO ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri, Azərbaycan-Ermənistan normallaşma prosesi və danışıqların cari vəziyyəti müzakirə edilib. Görüşdə, Azərbaycan tərəfindən regionda və onun hüdudlarından …
Read More »İlham Əliyev: “Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar döşəməyə davam edib”
“Əfsuslar olsun ki, münaqişə bitdikdən sonra belə Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar döşəməyə davam etmişdir”. Boyukmillet.com xəbər verir ki. bu fikirlər Prezident İlham Əliyevin “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə öz əksini tapıb. “Ərazilərimizdə 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkar edilmişdir. Torpaqlarımızın kütləvi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar