Bazar , 5 Aprel 2026

autor

Bundan sonra sığortaolunanları dərman və tibb vasitələri ilə TƏBİB təmin edəcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) keçib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərmanda əks olunub. Qeyd edək ki, fərmanla İTSDA-nın əhalinin icbari tibbi …

Read More »

Bu da “dostlarımız”ın bizə bayram hədiyyəsi:Növbə Yenixeber.org-a çatdı…

İnanmaq istəyirəm ki, nəhayət İlham Əliyev, hakimiyyətinin media siyasətinin icrasına məsul şəxslərə “DUR” deyib də, layiq olduqları yerdə oturdacaq..Yenixeberorg.com mediatvaz.com-a istinadla xəbər verir ki, bu haqda baş redaktor İlqar Salmanov özünün FB səhifəsində yazıb:Gözlənilən idi… Aylardır ki, Yenixeber.org olaraq QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “özfəaliyyəti” ilə bağlı araşdırma aparır, “göz deşən” faktlarla məlumatları tirajlayırdıq. Və aidiyyatı dövlət orqanlarını da bu faktları …

Read More »

Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində bank və bank olmayan kredit təşkilatlarının adından istifadə edərək fişinq yolu ilə kiberdələduzluq edən daha bir haker şəbəkəsi ifşa olunub. Bu barədə  DİN-dən məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən 23 yaşlı Qurbanşir Qasımov, qardaşı 20 yaşlı Ülkan Qasımov və …

Read More »

İlham Əliyev Fərman İMZALADI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 373-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:Boyukmillet.com Fərmanın mətnini təqdim edir. 1. Müəyyən edilsin ki: 1.1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-1.2-ci maddəsində …

Read More »

Neft qiymətləri artır, bəs manatı nələr gözləyir? – MÜHÜM AÇIQLAMA

Dünya enerji bazarlarında baş verən dalğalanmalar, xüsusilə neftin qiymətində müşahidə olunan kəskin artım fonunda neft ixracatçısı olan ölkələrin iqtisadi gələcəyi yenidən diqqət mərkəzinə çevrilib. Qlobal bazarlarda qiymətlərin yüksəlməsi ilk baxışdan bu ölkələr üçün əlavə gəlir imkanları yaratsa da, prosesin arxa planında həm makroiqtisadi risklər, həm də uzunmüddətli struktur problemlər dayanır. Bu baxımdan, neftin bahalaşmasının Azərbaycan iqtisadiyyatına təsirləri yalnız cari gəlirlərlə …

Read More »

Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramı ilə bağlı fətva verib

Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramı ilə bağlı fətva verib. Boyukmillet.com-un xəbərinə görə, fətvada qeyd olunub ki, Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinə verdiyi məlumata, həmçinin, Türk Dövlətləri Təşkilatı – Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan Müsəlman Dini İdarə Rəhbərlərinin Şurası nəzdində fəaliyyət göstərən Fətva Şurasının qəbul etdiyi fətvaya əsasən, bu il Şəvval ayının 1-i …

Read More »

Azərbaycanda sabahdan 11 günlük tətil başlayır

Azərbaycanda sabahdan başlayaraq şənbə və bazar günləri də daxil olmaqla ardıcıl 11 günlük bayram tətili başlayır. Boyukmillet.com xəbər verir ki, bu il Novruz və Ramazan bayramlarının eyni tarixlərə təsadüf etməsi səbəbindən qeyri-iş günlərinin sayı artıb. Belə ki, martın 20-24-ü Novruz bayramı günləridir. Bu tarixlərdən 21 və 22-si şənbə və bazar günlərinə düşdüyü üçün Əmək Məcəlləsinə əsasən, 25 və 26 mart da …

Read More »

İran BƏƏ-dən ABŞ-nin hücumlarına yardım etdiyinə görə təzminat tələb edir

İran Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) ABŞ-nin İran ərazisinə hücumlarına yardım etməkdə günahlandıraraq ondan təzminat tələb edir. Boyukmillet.com “Nournews”a istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki səfiri Əmir Səid İrəvani BMT-nin Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda bildirib. “BƏƏ-nin zərbələrin endirilməsi üçün öz ərazisindən istifadə edilməsinə icazə verməsi beynəlxalq hüququn pozulmasıdır. Dövlətlər buna görə məsuliyyət daşıyır. BƏƏ İrana dəymiş maddi və …

Read More »

İsrail Xəzər dənizində İran HDQ-nin gəmilərinə zərbə endirib

İsrail Xəzər dənizində İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) raket katerlərinə zərbələr endirib. Boyukmillet.com  xəbər verir ki, bu barədə “Axios” portalının müxbiri Barak Ravid İsrail rəsmisinə istinadən “X” sosial şəbəkəsində məlumat yayıb. Jurnalistin həmsöhbətinin sözlərinə görə, zərbələrin hədəfi beşdən çox gəmi olub. Zərbələr barədə ətraflı məlumat verilməyib.

Read More »

İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb

İran hakimiyyəti Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də neft obyektlərinin yerləşdiyi ərazilərin sakinlərini bu obyektlərə gözlənilən zərbələrlə əlaqədar dərhal təxliyə olunmağa çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Jazeera” İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb. “Dərhal bu əraziləri tərk edin və təhlükəsiz bölgələrdə yerləşin”, – bəyanatda bildirilib. Bununla yanaşı, “Press TV” xəbər verir ki, İran hərbçilərinin Səudiyyə …

Read More »