ABŞ Dövlət Departamenti Azərbaycan, Ermənistan və Avropa İttifaqı liderləri arasında baş tutan görüşə münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sözçüsünün müavini Vedant Patel brifinqdə bildirib. “Məlumdur ki, ABŞ bu danışıqların tərəfi olmayıb. Lakin Arlinqtonda ev sahibliyi etdiyimiz danışıqların davamı olaraq, hesab edirik ki, bu, irəliyə doğru mühüm addımlardır, çünki bu iki ölkə arasında davamlı sülhün …
Read More »XİN: Aİ səfirinin Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi qəbuledilməzdir
Avropa İttifaqı səfirinin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi qəbuledilməzdir. Boyukmillet.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa İttifaqının Ermənistandakı səfiri Andrea Viktorin tərəfindən səsləndirilmiş fikirlərə dair suala cavabında deyib. Qeyd edək ki, mayın 15-də Avropa İttifaqının Ermənistandakı səfiri Andrea Viktorin mətbuat konfransı zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin …
Read More »Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmağın vacibliyini vurğulayıb
“Ermənistan Gürcüstan və İranla yaxşı münasibətlər saxlayır. Eyni zamanda, İrəvanın Türkiyə və Azərbaycanla demək olar ki, heç bir əlaqəsi yoxdur. Bunu dəyişdirmək lazımdır”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Çexiyanın “Respekt” nəşrinə müsahibəsində deyib. Paşinyan qonşularla dostluğu ölkənin xarici siyasətinin əsas məqsədi adlandırıb: “Mürəkkəb tariximizə görə biz bəzi qonşularımızla normal münasibət qurmamağı öyrənmişik. Bu vəziyyətin dəyişdirilməsi …
Read More »Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək
Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener söyləyib. O bildirib ki, ikinci tur mayın 28-də olacaq. A.Yenerin sözlərinə görə, prezident seçkiləri ilə bağlı səslərin 100 faizi hesablanıb. Komissiya sədri deyib ki, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,51% səs toplayıb. …
Read More »Brüsseldə İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında görüş başlayıb
Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb. Boyukmillet.com xəbər verir ki, bu gün səhər saatlarında Prezident İlham Əliyev və Şarl Mişel arasında görüş keçirilib. Hər iki tərəf Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Brüssel formatının bərpası ilə bağlı məmnunluqlarını ifadə ediblər. Prezident İlham Əliyev Şarl Mişelə …
Read More »Türkiyənin siyasətçiləri səs veriblər
Türkiyədə siyasətçiləri prezident və parlament seçkilərində səs veriblər. Boyukmillet.com-un xəbərinə görə, Cümhuriyyət Xalq Partiyası (CHP) Kamal Kılıçdaroğlu Ankarada “Arjantin” orta məktəbində səs verib. “Bundan sonra ölkəyə bahar gələcək və bu bahar əbədi davam edəcək”, – K.Kılıçdaroğlu jurnalistlərə deyib. İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu İstanbulun Beylikdüzü ərazisində səsvermə hüququndan istifadə edib. O, keçirdiyi brifinqdə bildirib ki, səsvermənin nəticələrinin hər kəs üçün …
Read More »İlham Əliyev və Şarl Mişelin görüşündə Brüssel formatının bərpasından məmnunluq ifadə olunub
Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında mayın 14-də Brüsseldə keçirilən görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına xidmət edən Brüssel formatının bərpasından məmnunluq ifadə olunub. Bu barədə “Report”un Brüsselə ezam olunan əməkdaşı xəbər verir. Prezident İlham Əliyev tərəfindən Şarl Mişelin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və regionda davamlı sülh ve təhlükəsizliyin təmin olunması və sabitliyin təmin …
Read More »“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023”ün açılışında süni intellekt sənətçisi təqdim edilib
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə ilk dəfə olaraq süni intellekt sənətçisi də təqdim edilib. Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib. Süni intellekt sənətçisi mərasimdə Azərbaycanın qədim söz-sənət beşiyinin tarixi, görkəmli şəxsiyyətləri haqqında məlumat verib. Xatırladaq ki, “Mezo” rəqəmsal incəsənət qrupunun ilk süni intellektli rəssamı …
Read More »İrəvanda atışma olub, saxlanılanlar var
Ermənistanın paytaxtı İrəvanın mərkəzində atışma olub. Bu barədə “Boyukmillet.com”yerli mətbuata istinadən xəbər verir. Məlumata görə, hadisə dünən gecə qeydə alınıb. Bir neçə nəfər arasında yaranan mübahisə əlbəyaxa dava və atışma ilə nəticələnib. Hadisə ilə əlaqədar Gümrünün 4 sakini polis tərəfindən saxlanılıb. Hadisənin təfərrüatları araşdırılır.
Read More »Sabah dağlıq ərazilərə qar, Bakıda yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar