Mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilib və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilib. Təqdim olunan foto materiallarda zərbə PUA-larının qalıqları əks olunur.
Read More »Hərbi təhsil müəssisələri rəhbərlərinin konfransı keçirilib
Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev Estoniyanın Tallin şəhərində hərbi təhsil müəssisələri rəhbərlərinin 52-ci NATO Konfransında iştirak edib. Boyukmillet.com xəbər verir ki, Baltik Müdafiə Kollecində keçirilən konfransda Estoniya Respublikasının Prezidenti cənab Alar Karis iştirakçıları salamlayaraq hərbi təhsil sahəsində inkişafın davam etdirilməsinin vacibliyini vurğulayıb. Konfransda alyansın müttəfiq və tərəfdaş ölkələrinin hərbi təhsil rəhbərləri onlayn təhsilin hazırki və gələcək vəziyyəti …
Read More »Mina Qurbanlarının Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Platforma təsis edilib
İslam Əməkdaşlığı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin tərəfdaşlığı ilə İndoneziyanın Borneo adasında keçirilən ətraf mühitin müdafiəsi sahəsində beynəlxalq simpoziumda “Mina Qurbanlarının Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Gənclik Platforması” təsis edilib. Boyukmillet.com xəbər verir ki, bununla əlaqədar, simpoziumun “Gənclərin Minalarla Mübarizəsi” mövzusu ətrafında beynəlxalq ekspertlər və ASEAN regionundan olan çoxsaylı gənc fəalların iştirakı ilə keçirilən iclasında müvafiq bəyanat qəbul edilib. İclasda çıxış …
Read More »Türkiyə nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərimizi ziyarət edib
Türkiyə Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan türkiyəli nümayəndə heyəti Ermənistan silahlı birləşmələrinin işğalından azad edilmiş ərazilərimizi ziyarət edib və burada dislokasiya olunan bölmələrimizdə olublar. Boyukmillet.com qonaqlara işğal zamanı Ermənistan silahlı birləşmələri tərəfindən törədilən vandalizmin nəticələri və dağıntılar, eləcə də Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan yenidənqurma işləri haqqında ətraflı məlumat verilib. Sonra …
Read More »Azərbaycan MDB ilə bağlı Protokolu qeyd-şərtlə təsdiqləyib
Azərbaycan Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının Minsk şəhərində keçirilmiş 2021-ci il 28 may tarixli iclasında imzalanmış “Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişdə dəyişiklik edilməsi barədə” Protokolu Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı qanunu Prezident …
Read More »Azərbaycan MN: “Ermənistan silahlı qüvvələri zərbə PUA-ları tətbiq edir”
Mayın 12-si saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan tərəfi növbəti dəfə təxribat törədərək vəziyyəti yenidən gərginləşdirir. Ordumuzda şəxsi heyət və texnika sarıdan itki yoxdur.
Read More »MN: “Ermənistan növbəti dəfə təxribat törədərək vəziyyəti gərginləşdirir”
Mayın 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində növbəti dəfə təxribat törədərək vəziyyəti yenidən gərginləşdirir. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. “Ordumuzda şəxsi heyət və texnika sarıdan itki yoxdur”, – məlumatda qeyd olunub. Xatırladaq ki, mayın 12-si saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən …
Read More »İdarə rəhbəri: “Türkiyə “Hürkuş” təyyarələri ilə bağlı Azərbaycanla müzakirələr aparır”
“Türkiyə Azərbaycan və Pakistanla “Hürkuş” təlim-məşq təyyarələri ilə bağlı müzakirələr aparır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir “TGRT Haber”ə müsahibəsində deyib. O bildirib ki, Türkiyə “Hürkuş”larla bağlı daha çox dost və qardaş ölkələrlə əməkdaşlığa üstünlük verir: “Əlbəttə, ölkədən daha çox, həmin dövlətlərin məsələyə münasibəti, səmimiliyi bizim üçün maraqlıdır”. Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti …
Read More »Moskvada Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılacaq
Mayın 15-də Rusiya Dövlət Dumasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev. Əbədi davam edən həyat” adlı sərginin açılışı olacaq. Boyukmillet.com xəbər verir ki, sərginin açılışında mayın 14-15-də Rusiya Federasiyasında işgüzar səfərdə olacaq Milli Məclisin sədri Sahibə Qafarova da iştirak edəcək. S.Qafarova Rusiya Federasiya Şurasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərginin açılışına da qatılacaq.
Read More »Şuşada Birinci Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək
Şuşada Birinci Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimində deyib. O qeyd edib ki, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq geniş tədbirlər planı hazırlanıb: “TÜRKSOY, Azərbaycanın …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar