Ümumvətəndaş pasportlarına malik Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları hər iki ölkəyə vizasız gedib 3 ay qala biləcəklər. Boyukmillet.com xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin mayın 12-də keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik və xüsusi/xidməti pasportlara malik şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar notalar …
Read More »Ermənilər Azərbaycan Ordusunun Laçın, Kəlbəcər, Tərtər, Xocalı və Şuşadakı mövqelərini atəşə tutub
Mayın 11-dən 12-nə keçən gecə Azərbaycan-Ermənistan şərti sərhədinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində nisbi sakitlik hökm sürüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ötən sutka ərzində Ermənistan silahlı qüvvələri tərəfindən digər istiqamətlərdə yerləşən mövqelərimiz ümumilikdə 17 dəfə atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin Tovuzqala rayonunun Güləli, Basarkeçər rayonunun Əzizli və Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz …
Read More »Bayden İranın neft məhsullarının ixracını azaltmaq üçün yeni sənəd təqdim edib
ABŞ Prezidenti Cozef Bayden, İranın neft məhsullarının alışını azaltmaq üçün digər ölkələrdə kifayət qədər neft və neft məhsulları ehtiyatının olduğunu bildirən sirkulyar (qaydaların icrasına rəhbərlik etmək üçün aidiyyəti qurumlara göndərilən məktub-red) təqdim edib. Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, Bayden 2012-ci ilin Milli Müdafiə Aktına uyğun olaraq qlobal neft bazarına təsir etmədən İran neft məhsullarının alışını azaltmaq …
Read More »BMT Baş Assambleyasının sədri Azərbaycan xalqını təbrik edib
BMT Baş Assambleyasının sədri Şaba Körösi Azərbaycan xalqını Ümummilli Lider Heydər Əliyevin yüzillik yubileyi münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, Çaba Körösi bu barədə tviterdəki hesabında yazıb. “Azərbaycan xalqını Ümummilli Lider Heydər Əliyevin yüzillik yubileyi münasibətilə təbrik edirəm. Bu əlamətdar hadisə münasibətilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Daimi Nümayəndəliyində Heydər Əliyevin büstünün açılış mərasimində iştirak etməkdən məmnun oldum”, …
Read More »ABŞ-da Heydər Əliyevin büstü açılıb
ABŞ-ın Nyu-York şəhərində Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Daimi Nümayəndəliyində Ümummilli Lider Heydər Əliyevin büstü açılıb. Boyukmillet.com xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar hazırlanan təntənəli mərasimdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev, Baş Assambleyanın sədri Çaba Körösi, BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Angel Moratinos, Nyu-York şəhərinin beynəlxalq əlaqələr üzrə komissarı Edvard Mermelşteyn, …
Read More »Türkiyə uzaq məsafəli və PUA-dan qanadlı raket buraxılışını sınaqdan keçirib
Türkiyə uzaq məsafəli raketini uğurla sınaqdan keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir tviterdəki hesabında yazıb. “Türkiyə səmasının qoruyucusu olan SİPER meydana enməzdən əvvəl etdiyi son sınaqda hədəfi uzaq məsafədən dəqiq vurdu. Quruda, havada, dənizdə və kosmosda müstəqilliyimiz və gələcəyimiz üçün gecə-gündüz çalışmaqda davam edirik! Təbrik edirik”, – İ.Dəmir qeyd edib. Türk semalarının …
Read More »ABŞ: “Azərbaycanla Ermənistan arasında sülh bundan sonra da məşğul olacağımız məsələdir”
“Azərbaycanla Ermənistan arasında çox vacib sülh məsələsi ABŞ Dövlət Departamentinin bundan sonra da dərindən məşğul olacağı məsələdir”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib. “İnanırıq ki, irəliyə doğru aydın bir yol var. Biz təbii ki, mayın əvvəlində iki ölkənin rəsmilərini qəbul etməkdən məmnun idik. İnanırıq ki, danışıqlar səmərəli olub, Brüsseldə başlayan danışıqların davamı üçün …
Read More »İsrailin sabiq Baş naziri Azərbaycan Prezidentinə məktub göndərib
2006-2009-cu illərdə İsrailin Baş naziri olmuş Ehud Olmert Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Cənab Prezident! Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi X Qlobal Bakı Forumu çərçivəsində Sizinlə görüşümüzü məmnunluqla xatırlayır və Zati-alinizə dərin minnətdarlığımı bildirirəm. Bu unudulmaz görüşün qəlbimdə yaratdığı xoş təəssüratla Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə onun əziz …
Read More »Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, təbrik mətnində deyilir: “Zati-aliləri! İcazə verin, Azərbaycanın möhtərəm Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ən səmimi təbriklərimi çatdırım. Dahi Heydər Əliyev bütün mənalı həyatını sevdiyi ölkəsinə həsr etmiş və milli dövlətçiliyin əsasını qoymuş görkəmli siyasi xadim idi. İndi Azərbaycan beynəlxalq …
Read More »Los-Ancelesdə azərbaycanlılara hücum edən ermənilərin məhkəməsinin təfərrüfatları məlum olub
Los-Ancelesdə azərbaycanlılara hücum edən ermənilərin məhkəməsinin təfərrüfatları məlum olub. Boyukmillet.com xatırladır ki, 2020-ci il iyulun 21-də Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun binasını mühasirəyə alan ermənilər Azərbaycan əleyhinə təxribat xarakterli şüarlar səsləndirərək aksiya keçiriblər. Ermənilər bununla yanaşı, özünəməxsus tərzdə soydaşlarımıza qarşı zorakılıq və təcavüzə əl atıblar. İnsidentdən dərhal sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (Azərbaycan Respublikasının Los-Ancelesdəki Baş Konsulluğu vasitəsilə) zorakılıq törətmiş …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar