Bazar ertəsi , 6 Aprel 2026

autor

Sabah ilin ən güclü maqnit qasırğası olacaq – XƏBƏRDARLIQ

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (IKI) Günəş Astronomiya Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutunun (ISTP) alimləri 2025-ci ilin ən güclü geomaqnit qasırğasının noyabrın 7-də gözlənildiyini açıqlayıblar. Günəşdən Yerə doğru hərəkət edən plazma buludlarının ilkin hərəkət modeli, geomaqnit aktivliyinin ilkin proqnozu ilə birlikdə hazırlanıb. Hazırda proqnoz noyabrın 5-də gecə baş verən ən son, ən güclü alovları nəzərə almır və 24 saat …

Read More »

Səhvən kartına 120 min manat pul gəldi

Eskişehir Osmangazi Universitetinin müəllimi, professor Behçet Yalın Özkara bankın səhvən onun hesabına köçürdüyü 2 milyon 313 min 962 lirəni (təxminən 120 min manat) geri qaytarıb. Boyukmillet.com-un məlumatına görə bank səhvi uzun müddət bilməyib, professor özü pulu qaytarmaq üçün bankla əlaqə saxlayıb. Özkara əvvəlcə vəziyyətin düzəlməsini gözləyib, amma bankdan heç bir reaksiya olmadıqda pulu gündəlik faizə qoyub. Qazandığı faiz gəlirini də …

Read More »

Serj Sarqsyanın Ermənistandan çıxışı məhdudlaşdırılıb

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi cinayət işi çərçivəsində sabiq prezident Serj Sarqsyanın ölkədən çıxışını məhdudlaşdırıb. Boyukmillet.com-un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə onun vəkili Amram Makinyan sosial şəbəkələrdə məlumat yayıb. Ölkədən çıxmamaq barədə iltizam yeni ittiham əsasında qəbul edilib. A.Makinyan dəqiqləşdirib ki, ötən gün gecə saatlarında Korrupsiyaya Qarşı Mübarizə Komitəsi qəfildən Sarqsyanın yenidən çağırılmasının zəruri olduğunu bildirib. Bir …

Read More »

Bu ilin 10 ayında 50 aptekdə dərman vasitələrinin reseptsiz satıldığı aşkarlanıb

Cari ilin 10 ayı ərzində 50 aptekə dərman vasitələrinin reseptsiz satıldığı aşkarlanıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib. Bildirilib ki, bunlardan 8-i Bakıda, 42-i isə digər bölgələrdə fəaliyyət göstərən apteklər olub. Dərman vasitələrinin reseptsiz satışına görə protokollar tərtib edilib.

Read More »

Ağdamda bina tikintisi üçün deputatın oğluna 15.8 milyon manat veriləcək

Dövlət satınalmalarının vahid internet portalındakı məlumata görə,  Ağdamda yeni yaşayış massivinin inşa edilməsi üçün 2 ədəd tender keçirilib. Hər iki tenderin qalibi də “Diler İnşaat” QSC olub. Qalib şirkət bu iliin avqust-noyabr aylarında Ağdamda yaşayış massivinin salınması üçün keçirilən birinci müsabiqədə 7.818.565,07 AZN, ikinci müsabiqədə isə 8.050.336,09 AZN vəsait alacaq. “Diler İnşaat” QSC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Hazırda nizamnamə kapitalı 2010  …

Read More »

Zəfər Günü ərəfəsində müxalifətdən hakimiyyətə birgə çağırış

Azərbaycanda bir sıra müxalif siyasi partiyalar, ictimai təşkilatlar və hüquq müdafiəçiləri bir araya gələrək 8 Noyabr – Zəfər Günü ərəfəsində siyasi məhbus kimi tanınan şəxslərin azad olunmasına çağırış ediblər. Toplantı oktyabrın 4-də Müsavat Partiyasının qərargahında, siyasi məhbusların ailə üzvləri, vəkillər, hüquq müdafiəçiləri, jurnalistlər və müxtəlif siyasi təşkilatların təmsilçilərinin iştirakı ilə keçirilib. Görüşdə həmçinin Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi və bir …

Read More »

Sabah qısa iş günü olacaq

Sabah iş günü qısaldılacaq. 8 noyabr tarixində Azərbaycanda Zəfər Günü qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, bayramdan əvvəlki iş günü bir saat az olur. Buna görə də 7 noyabr cümə günü iş saatları adi günlərlə müqayisədə bir saat az olacaq./Referans.az

Read More »

Uşaqların 95%-i peyvəndlərlə əhatə olunacaq – Nazir AÇIQLADI

Azərbaycanda gələn ilin sonuna uşaqların 95 %-nin peyvəndlərlə əhatə olunması nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentdə gələn ilin büdcə zərfinin müzakirəsi zamanı çıxışında deyib. Nazirin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, hər bir ölkədə uşaqların 90 faizi peyvəndlə əhatə olunmalıdır: “Bu göstəricilərə nail olunması uşaqlar arasında ölüm hallarının qarşısının alınmasına xidmət edir. Ona …

Read More »

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür

Noyabrın 6-sı Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd edilir. Boyukmillet.com xatırladır ki, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosunun əsası qoyulub. Bundan sonra ölkənin mətbuat tarixində yeni mərhələ başlayıb. Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il …

Read More »