Bazar , 5 Aprel 2026

autor

İranın Azərbaycandakı səfirinin evi VURULDU

İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilunun valideynlərinin yaşadığı ev bombalanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Yeni Sabah”a müsahibəsində səfir özü məlumat verib. O bildirib ki, ata və anasının Tehranda yaşadıqları ev raketlə vurulub: “Allaha şükür ki, həmin vaxt onlar evdə olmayıblar, amma evə xəsarət dəyib”. Səfir həmçinin bir neçə qohumunun müharibədə həlak olduğu və yaralandığını da deyib.

Read More »

ASCO tankerləri ilə daşınmış Qazaxıstan neftinin həcmi açıqlanıb

Qazaxıstan neftinin Azərbaycan üzərindən reallaşdırılan tranziti layihəsi çərçivəsində indiyədək ümumi daşımaların 2 milyon 85 min 729,243 tonu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tanker donanmasına məxsus gəmilərlə həyata keçirilib. Boyukmillet.com ASCO-ya istinadən xəbər verir ki, bu həcmin 1 milyon 962 min 983,243 tonu “Tengiz”, 122 min 746 tonu isə “Kaşağan” yatağından olan neftin payına düşür. Layihə çərçivəsində son daşımalardan biri …

Read More »

Ermənistanın sabiq prezident Robert Koçaryan baş nazirliyə namizədliyini açıqlayıb

Müxalif Ermənistan Alyansı parlament seçkilərində iştirak edəcəyini və sabiq prezident Robert Koçaryanın baş nazirliyə namizəd olacağını elan edib. Koçaryan 2021-ci ildə də blokun baş nazirliyə namizədi kimi çıxış etmişdi. Ermənistan 7 iyunda parlament seçkiləri keçirməyə hazırlaşır. OC Media yazır ki, Koçaryanın namizədliyi bazar ertəsi axşam Yerevanda blok tərəfindən təşkil olunan böyük tədbirdə açıqlanıb. Ermənistan Alyansı Erməni İnqilabi Federasiyası – Daşnaksütyun və …

Read More »

Azərbaycan səmasında artan uçuşlardan AZAL nə qədər qazanır?

Cənubda İran və ABŞ-İsrail, şimalda isə Rusiya-Ukrayna müharibələrinin davam etdiyi bir vaxtda Qafqaz ölkələrinin hava məkanı beynəlxalq aviaşirkətlər üçün əsas təhlükəsiz dəhliz rolunu oynayır. Bu baxımdan “Flightradar24” məlumatlarından da görünür ki, Gürcüstan, Azərbaycan və Ermənistanın hava məkanında uçuşların sayı artıb. Azərbaycanın tranzit ölkə kimi qəbul etdiyi uçuşların sayında artım müşahidə edir. Argus Media-nın əməkdaşı Dmitry Terentiyevin Linkedin-də yazdığına görə, Qafqaz ölkələrinin …

Read More »

İraq bu gündən Türkiyəyə neft nəqlini bərpa edəcək

Rəsmi Bağdad 18 mart səhəri İraq Kürdüstanının muxtar bölgəsində yerləşən Kərkükdən Türkiyənin Ceyhan limanına boru kəməri ilə neft nəqlinin bərpa edilməsinə dair qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə İraqın neft naziri Hayyan Əbdül Qani bildirib. “Ceyhan limanına neft nəqli çərşənbə günü saat 10:00-da başlayacaq”, – deyə Əbdül Qəni bildirib.

Read More »

Tramp NATO müttəfiqlərindən hərəkətlə deyil, sözlə dəstək istəyir – SƏBƏB

Vaşinqton administrasiyası müttəfiqlərindən Hörmüz boğazında gəmiçiliyin bərpasına kömək etmək istədikləri barədə konkret hərəkətlər deyil, sadəcə, açıqlamalar gözləyir. Boyukmillet.com “Politico” qəzetinə istinadən xəbər verir ki, Avropa rəsmiləri arasında olan mənbələrə görə, Ağ Ev müttəfiqlərindən Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün kömək istəyir. Bununla bağlı şəxsi söhbətlərdə real fəaliyyətlərin deyil, yüksək səviyyəli açıqlamaların Prezident Donald Trampa maliyyə bazarlarını sakitləşdirmək üçün kifayət etdiyi vurğulanır: …

Read More »

İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı

İstanbulda Bosfor boğazında gəmi hərəkəti təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq dayandırılıb. Boğazda gəmi hərəkəti 04:53-dən etibarən hər iki istiqamətdə bağlanıb. Şəhərin şimal hissələrində müşahidə olunan duman səbəbindən görüş məsafəsi azalaraq dəniz nəqliyyatı üçün təhlükə yaradıb. Bundan əlavə, City Lines şirkəti əlverişsiz hava şəraiti səbəbindən bir sıra bərə xidmətlərini ləğv etdiyini açıqlayıb. Müvəqqəti dayandırılan reyslər aşağıdakılardır: Anadolu Kavağı – Rumeli Kavağı …

Read More »

Səfir sükutu pozdu: Müctəba Xameneinin harada olduğu barədə rəsmi açıqlama

İranın Rusiyadakı səfiri Kazem Cəlali yeni Ali Rəhbər Müctəba Xameneinin müalicə üçün gizlicə Moskvaya gətirilməsi barədə yayılan məlumatları qəti şəkildə təkzib edib. Boyukmillet.com xəbər verir ki, martın 17-də jurnalistlərə açıqlama verən səfir bu cür iddiaların heç bir əsası olmadığını və regiondakı gərginlik fonunda dezinformasiya məqsədi daşıdığını bildirib. Xatırladaq ki, bir neçə gün əvvəl Küveytin “Əl-Cəridə” qəzeti öz mənbələrinə istinadən Müctəba Xameneinin …

Read More »

Əli Əsədov yeni qərar İMZALADI

Nazirlər Kabineti “Büdcə sistemi haqqında” qanunda dəyişiklik edilməsi barədə 14 iyul 2025-ci il tarixli qanunun tətbiqi, bununla əlaqədar Prezident İlham Əliyevin bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında 4 avqust 2025-ci il tarixli fərmanını icra edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Azərbaycanda bəzi fondların hesabında ilin sonuna qalan istifadə olunmamış …

Read More »