Bazar ertəsi , 6 Aprel 2026

autor

Mərdəkan qalası restavrasiya olunacaq – FOTO

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Mərdəkan qalasının restavrasiyasına başlayır. Boyukmillet.com bildirir ki, bu barədə agentliyin sosial media hesabında məlumat verilib. “Paytaxt Bakının Mərdəkan qəsəbəsində yerləşən bu tarixi abidə 13-cü əsrdən bu günə miras qalan Şirvanşahlar memarlığının ən mühüm nümunələrindən biri kimi yenilənəcək”, – deyə məlumatda qeyd olunub. Qeyd edək ki, TİKA rəhbəri Abdullah Eren bir neçə günlük Azərbaycana səfərə …

Read More »

Prezident fərman imzaladı

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nizamnaməsinə dəyişiklik edilib. Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, Agentliyin nizamnamə fondunun məbləği 6 milyon 783 min 392 manatdan 26 milyon 783 min 392 manata qaldırılıb.

Read More »

Türkiyədə erməni yüksək vəzifəyə gətirildi

Türkiyə Respublikasının tarixində ilk yaşanıb. İlk dəfə erməni əsilli şəxs yüksək vəzifəyə təyin edilib. Ərazi idarəçisi vəzifəsi 30 yaşlı İstanbul ermənisi Berk Acara həvalə olunub. Qeyd edək ki, Berk Acar Türkiyədəki erməni icmasının hüquqşünası kimi də fəaliyyət göstərir. O, Bilgi Universitetinin məzunudur./Milli.az/

Read More »

Saxlanılan icra başçısı və digər rəsmi şəxslərin GÖRÜNTÜLƏRİ – VİDEO

Xəbər verdiyimiz kimi, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat nəticəsində rayonun icra başçısı İslam Rzayev və bir neçə digər rəsmi şəxs saxlanılıb. 2011-ci ildən Balakən Rayon İcra Hakimiyyətinin başçısı 29 oktyabr tarixində rayonda sonuncu dəfə rəsmi tədbirə qatılıb. Tədbirdə icra başçısı İslam Rzayev və İcra Hakimiyyətinin bir çox vəzifəli şəxsləri, digər qonaqlar iştirak ediblər. Xatırladaq …

Read More »

Monteneqroda saxlanılan azərbaycanlı sərbəst buraxıldı

Podqoritsada saxlanılan həmyerlimiz sərbəst buraxılıb. Monteneqronun paytaxtında türk vətəndaşlarının da iştirak etdiyi iddia edilən bıçaqlı insident nəticəsində saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxılıb. 31 yaşlı Yaqub Qurbanovdünən axşam saatlarında azad olunub. Polisin müşahidə kameralarına baxdığı və nəticədə, Azərbaycan vətəndaşının hadisə baş verərkən evdə olduğu məlum olub./APA

Read More »

Parlament MÜHÜM BƏYANAT qəbul etdi

8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisi Bəyanat qəbul edib. Boyukmillet.com -un xəbərinə görə, Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Vətən müharibəsində qazanılan zəfərin hərbi-siyasi və mənəvi ölçüsü var: “Bu, dirçəlişi ifadə edir. Son illərin hadisələri göstərir ki, yalnız liderinin ətrafında sıx birləşən xalqlar haqlarını qorumağa və bərpa etməyə qadirdir”. Spiker azad edilmiş …

Read More »

SON DƏQİQƏ! Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı

Dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva vəzifəsindən azad edilib. Boyukmillet.com-un “Qafqazinfo”ya istinadla məlumatına görə, bu barədə müvafiq əmr imzalanıb. Nigar Mehdiyeva Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrini icra edirdi. Məlumatı klinikadan təsdiq ediblər. N.Mehdiyevanın bu günlərdə klinikadakı vəzifəsindən kənarlaşdırıldığı bildirilib. Qeyd edək …

Read More »

Milli Məclisdə bu qadağa LƏĞV OLUNDU

“Milli Məclisdə jurnalistlər üçün telefon qadağası ləğv edildi! Bu qərara görə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin yeni rəhbərliyinə, bu məsələdə daim jurnalistlərin probleminin həllinə çalışan Milli Məclis rəhbərliyinə, spiker Sahibə Qafarovaya minnətdaram”. Boyukmillet.com xəbər verir ki, bunu Əməkdar jurnalist Mahir Məmmədli öz feysbuk hesabında yazıb. Xatırladaq ki, bir müddət öncə M. Məmmədli sosial media hesabında qeyd etmişdi ki, Milli Məclisdə jurnalistlərin …

Read More »

Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına daş atılıb

Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına oktyabrın 30-da axşam saatlarında Zabrat-Pirşağı sahəsindən keçərkən daş atılıb. Bu barədə Boyukmillet.com “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir. Məlumata əsasən, nəticədə sərnişinlərin olduğu 2-ci vaqonun pəncərələrindən biri sınıb. Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında ADY-nin qatarlarına hərəkətdə olarkən 36 dəfə daş atılıb.

Read More »