Çərşənbə , 8 Aprel 2026

autor

Kişi boksçularımızın Bolqarıstanda təlim-məşq toplanışı davam edir

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının Bolqarıstanda təlim-məşq toplanışı davam edir. Baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında yığmanın 15 idmançısı Sofiyada hazırlıq prosesində qatılıb. Boyukmillet.com xəbər verir ki, məşqdə Tural Sarıyev (48 kq), Məsud Yusifzadə, Nicat Hüseynov (hər ikisi 51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov …

Read More »

Azərbaycanın daha iki boks hakiminin beynəlxalq kateqoriyası artırılıb

Boks üzrə referilər Anar Nağdıyev və Elxan Quliyev növbəti hakimlik imtahanından uğurla keçiblər. Azərbaycanlı ədalət təmsilçilərinin beynəlxalq kateqoriyası 1 ulduzdan 2 ulduza artırılıb. Boyukmillet.com xəbər verir ki, hər iki hakim bu nailiyyətə martın 14-19-da Monteneqronun Budva şəhərində keçirilmiş beynəlxalq turnirdə imza atıb. Beynəlxalq Boks Assosiasiyası (IBA) yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini açıqlayaraq, onların ulduzunu artırıb. …

Read More »

Fransada nümayişçilər ilə polis arasında toqquşma olub, yaralananlar var

Fransada pensiya islahatına qarşı etiraz edən nümayişçilər mübarizədən əl çəkməyəcəklərini bildiriblər. Boyukmillet.com xəbər verir ki, aprelin 13-də ölkənin 300-dən çox şəhər və qəsəbəsində tətil keçirilib. Həmkarlar İttifaqları 1,5 milyon, Daxili İşlər Nazirliyi isə 380 min etirazçının nümayişlərdə iştirak etdiyini bildirib. Parisdə Həmkarlar İttifaqları 400 min, polis isə 42 min etirazçının nümayiş etdiyini bildirib. Nümayişçilər Opera meydanından Bastiliya meydanına doğru irəliləyiblər. Paytaxtda …

Read More »

Türkiyədə deputat avtomobil qəzasına uğrayıb, vəziyyəti ağırdır

Türkiyənin Xalqların Demokratik Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup rəhbəri deputat Meral Danış Beştaş Ərzurumda avtomobil qəzasına uğrayıb. Boyukmillet.com xəbər verir ki, türkiyəli siyasətçinin vəziyyəti ağırdır. Bakı vaxtı ilə 22:00 radələrində buzlu yol səbəbindən avtomobilin sürüşərək kənara çıxması nəticəsində deputatla yanaşı adı məlum olmayan partiya üzvü və sürücü yaralanıb.

Read More »

“Reuters”: İsveçrə anti-Rusiya sanksiyaları məsələsində Qərblə əməkdaşlığa hazırdır

İsveçrə anti-Rusiya sanksiyaları məsələsində Qərb ölkələri ilə əməkdaşlıq edir və onlardan yan keçməyə imkan verməyəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reurets” agentliyi ABŞ Maliyyə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, ABŞ maliyyə nazirinin müavini Brayan Nelson gələcək əməkdaşlıq və Rusiyanın sanksiyalarından yayınmaya qarşı mübarizəni müzakirə etmək üçün gələn həftə İsveçrəyə səfər edəcək. Agentliyin mənbəsi əlavə edib ki, …

Read More »

Danilov 1991-ci il sərhədləri bərpa olunmayana qədər müharibənin dayandırılmayacağını açıqlayıb

Ukrayna Ordusunun planları, xüsusən də əks-hücum planları ilə bağlı hər hansı gümanların heç bir əsası yoxdur. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Oleksiy Danilov telemarafonun efirində bildirib. Qurum rəsmisi qeyd edib ki, hər şey son anda qərar veriləcək. “Müdafiəçilərimizin cəbhədə hadisələrin inkişafı variantı nə bir, nə iki, nə üç, nə də dörddür, çünki …

Read More »

Çimərlik futbolu üzrə Azərbaycan millisinin Avropa Oyunlarındakı rəqibləri bəlli olub

Çimərlik futbolu üzrə Azərbaycan millisinin üçüncü Avropa Oyunlarındakı rəqibləri məlum olub. Boyukmillet.com xəbər verir ki, Polşanın Krakov şəhərində təşkil olunacaq Oyunların çimərlik futbolu yarışlarında Azərbaycan millisi ilə yanaşı, İspaniya, İtaliya, Polşa, Moldova, Portuqaliya, İsveçrə və Ukrayna yığmaları birincilik uğrunda mübarizə aparacaqlar. Üçüncü Avropa Oyunlarında çimrəlik futbolu yarışları iyunun 27-dən iyulun 2-dək davam edəcək.

Read More »

Aeroport yolunda avtomobil qəzasında 3 nəfər yaralanıb

Bakının Suraxanı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, aeroport yolunda iki avtomobilin toqquşması nəticəsində 1976-cı il təvəllüdlü Bağırov Zaur Cəlil oğlu, 1993-cü il təvəllüdlü Əliyev Nicat Kamil oğlu və 1996-cı il təvəllüdlü Məmmədov Samir Aqil oğlu yaralanıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

Konfrans Liqası: “Fiorentina”dan darmadağın, “Bazel” evdə heç-heçə edib

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. Boyukmillet.com xəbər verir ki, açılış matçında turnirin pley-offunda “Qarabağ”ı mübarizədən kənarlaşdıran Belçika “Gent”i İngiltərənin “Vest Hem” klubunu sınağa çəkib. Görüşdə qalib müəyyənləşməyib. İtaliya “Fiorentina”sı Polşada “Lex”i, “Anderlext” Belçikada Niderlandın “AZ Alkmaar” komandasını məğlub edib. İsveçrə “Bazel”i isə evdə Fransanın “Nitsa” kollektivi ilə sülh bağlayıb. UEFA Konfrans Liqası1/4 final13 aprel 20:45. …

Read More »

KİV: “Barselona” İlkay Gündoğanı transfer edib

İspaniya “Barselona”sı heyətini 2 yeni futbolçu ilə gücləndirib. Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalist Viktor Malo özünün tviter səhifəsində paylaşım edib. Onun sözlərinə görə, Kataloniya təmsilçisi yerli “Atletik”dən İnyiqo Martinesi və İngiltərənin “Mançester Siti” klubundan İlkay Gnüdoğanı transfer edib. Hər iki oyunçu ilə rəsmi müqavilə cari mövsümün sonunda imzalanacaq. Həmçinin, “Barselona”nın Madrid “Atletiko”sunda çıxış edən Yannik Karraskonun da xidmətində …

Read More »