Çərşənbə , 8 Aprel 2026

autor

Azərbaycan lideri Monteneqronun yeni Prezidentini təbrik edib

Prezident İlham Əliyev Monteneqronun yeni seçilmiş Prezidenti Yakov Milatoviçə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, məktubda deyilir: “Hörmətli cənab Milatoviç, Monteneqronun Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan-Monteneqro dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik. Sizə ən xoş arzularımı yetirir, möhkəm …

Read More »

Bakıda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək

Bakıda müasir Azərbaycanın qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil ediləcək. Boyukmillet.com xəbər verir ki, konsert aprelin 17-də saat 19:00-da Bakıdakı “Rus Evi”ndə keçiriləcək. Tədbirin konsert proqramı Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən hazırlanıb. Konsertdə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin solisti Günay Qasımova, beynəlxalq festivalların laureatı Kənan Qədimov, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera …

Read More »

Nazir: “Vladimir Putin Avstriyaya səfər etsə həbs olunacaq”

“Rusiya Prezidenti Vladimir Putin Avstriyaya səfər etsə həbs olunacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Avstriyanın Avropa İttifaqı və hökumətdə konstitusiya işləri üzrə naziri Karoline Edtştadler “Tagesspiegel”ə müsahibəsində bildirib. O deyib ki, Avstriya beynəlxalq hüquqa dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək: “Mən mülki məsələlər üzrə cinayət işləri üzrə hakimi olmuşam. Həbs qərarının Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilməsi o deməkdir ki, əgər Rusiya …

Read More »

Azərbaycanda dövlət kombinatı ləğv olunur

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təsərrüfat hesablı Təchizat və İstehsalat İdarəsinin Təsərrüfat hesablı Baza Sənaye Kombinatı ləğv olunduğunu elan edib. Boyukmillet.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nərimanov rayonu, Seyid Yəhya Bakuvi küçəsi, ev 20 ünvanına bildirə bilərlər. Xatırladaq ki, Baza Sənaye …

Read More »

Süleyman Soylu: “Türkiyə tarixi qərar ərəfəsindədir”

“Türkiyə indiyədək bir çox tarixi əhəmiyyətli qərarlar verib. İndi yenə tarixi qərar ərəfəsindəyik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib. O bildirib ki, 20 il əvvələdək ölkənin şərq və cənub şərqində vəziyyət çox ağır idi: “İnsanlar qorxa-qorxa küçəyə çıxırdı. İndi isə durum dəyişib. Bundan sonra hansı Türkiyənin olmasına dair qərarı isə xalq verəcək. Gələcəkdə hansı …

Read More »

Fazil Mustafa müalicə aldığı xəstəxanadan evə buraxılıb

Martın 28-də terror hücumuna məruz qalan Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa müalicə aldığı xəstəxanadan evə buraxılıb. Boyukmillet.com xəbər verir ki, u barədə “Report”a deputatın köməkçisi Əjdər Əliyev məlumat verib. O bildirib ki, F.Mustafa müalicəsini ev şəraitində davam etdirəcək. Qeyd edək ki, martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə …

Read More »

Məcburi dövlət genom qeydiyyatı ilə bağlı qanunvericiliyə dəyişiklik edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1197-VQ nömrəli Qanununun tətbiqi barədə” Fərmanda dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, dəyişikliyə əsasən “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Qanunun 14.1.3-cü və 14.2-ci maddələrində göstərilən şəxslərə münasibətdə – Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasına qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin …

Read More »

Rəşad Nəbiyev Naftalanda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Naftalan şəhərində vətəndaşları qəbul edib. Boyukmillet.com xəbər verir ki, qəbulda Goranboy, Xocalı, Göygöl, Samux, Yevlax rayon, həmçinin Gəncə, Mingəçevir və Naftalan şəhər sakinləri iştirak ediblər. Onların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Nazir müraciətlərin qanunvericiliyin tələblərinə uyğun və operativ araşdırılması barədə nazirliyin aidiyyəti …

Read More »

Mustafa Kurt: “Hazırda Türkiyədə və dünyada ciddi yazıçı, rejissor çatışmazlığı var”

“Hazırda Türkiyədə, eləcə də dünyada ciddi yazıçı və rejissor çatışmazlığı var”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Dövlət Teatrları Baş İdarəsinin direktoru Mustafa Kurt “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda deyib. O bildirib ki, yerli yazıçıların sayının artmasını istəyirlər: “Öz sənətçilərimizi tanıtmaq istəyirik. Xarici səfərlərdə çalışırıq ki, öz yazıçılarımızın əsərləri ilə çıxış edək. Son illərdə yazıçılıq …

Read More »