Çərşənbə , 8 Aprel 2026

autor

Avstriya Rusiyanın nümayəndə heyətinə viza verməyib

Avstriya Rusiya nümayəndə heyətinə BMT-nin Vyanada keçirilən xüsusi komissiyasının sessiyasında iştirak etmək üçün viza verməyib. Boyukmillet.com xəbər verir ki, məlumatı Rusiya KİV yayıb. Məlumata görə, Rusiya Avstriyanın bu addımını “siyasi təzyiq aktı” adlandırıb.

Read More »

“Formula 1”: Bakıda daha bir yol bağlanacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir. BŞH-dan  verilən məlumata görə, bu gün gecə saat 23:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissə nəqliyyatın hərəkətinə bağlanacaq. BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edib. Daha əvvəl …

Read More »

Əli Həsənov və Cavanşir Paşazadə “Şərəf” ordeni ilə təltif edilib

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Əli Şamil oğlu Həsənov “Şərəf” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cavanşir Hümmət oğlu Paşazadə “Şərəf” ordeni ilə təltif edilsin. Qeyd edək ki, aprelin 10-da Ə.Həsənovun 75 yaşı tamam olub. Aprelin …

Read More »

Afaq Bəşirqızı: “Aktyorların maaşı artırılmalıdır, pulsuz ev verilməlidir”

“Həmkarlarımı, aktyorları qınamayın, problemlər çoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu Xalq artisti Afaq Bəşirqızı “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışında deyib. O təklif edib ki, mədəniyyət sahəsində Bədii Şura yaradılsın: “Teatrların kateqoriyası məsələsinə diqqət yetirilməlidir. Eyni zamanda, aktyorların maaşına baxılsın, onlara evlər tikilsin”.

Read More »

Prezident Aqil Abbası təltif edib

Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb. Qeyd edək ki, A.Abbasın bu ay 70 yaşı tamam olub.

Read More »

Novruzəli Aslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Novruzəli Davud oğlu Aslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Qeyd edək ki, N.Aslanov üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatıdır.

Read More »

Azərbaycan və Koreyanın KOB-ları arasında potensial əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Koreyanın KOB-ları arasında potensial əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələsi müzakirə olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov tviter hesabında yazıb. “Bu gün Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) Seongsu Kimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycan və Koreyanın KOB-ları arasında potensial əməkdaşlıq …

Read More »

Nazir: “Bu gün dünyanın Türkiyəyə və Rəcəb Tayyib Ərdoğana ehtiyacı var”

“Bu gün dünyanın Türkiyəyə, Prezident Rəcəb Tayyib Ərdoğana ehtiyacı var”. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi deyib. Onun sözlərinə görə, hazırda Türkiyənin əsas qida məhsualları ilə bağlı çətinliyi yoxdur: “Ümumiyyətlə, Türkiyənin istehsalı təkcə özü üçün deyil. Bizim qida məhsullarımızdan həm də başqa ölkələr istifadə edir. Yeri gəlmişkən deyim ki, Ukraynadakı “Taxıl dəhlizi” təkcə …

Read More »

Qənirə Paşayeva deputatları maaşlarının bir hissəsini YAŞAT Fonduna ianə etməyə çağırıb

Milli Məclisin komitə sədri Qənirə Paşayeva parlament üzvlərinin bu ay üçün əməkhaqlarının bir hissəsini yenidən YAŞAT Fonduna köçürmələrini təklif edib. Boyukmillet.com-un məlumatına görə, deputat bu təklifi şəhid ailələrinin müəyyən problemlərinin həll olunmasına dəstək olacağı ilə əsaslandırıb. Q.Paşayeva eyni zamanda cəzaçəkmə müəssisəsində cəzasını çəkən və əməlindən peşman olan bəzi qadınların əfv siyahısına salınmasını da təklif edib. Milli Məclis sədrinin birinci müavini …

Read More »

Kollegiya işğaldan azad edilmiş ərazilərdə vəkil bürolarının yaradılması üçün hökumətə müraciət edib

“Vəkillər Kollegiyası işğaldan azad edilmiş ərazilərdə vəkil bürolarının yaradılması ilə əlaqədar hökumətə müraciət edib”. Boyukmillet.com  xəbər verir ki, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə açıqlaması zamanı deyib. Onun sözlərinə görə, sözügedən müraciətdə bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə şəhər planlaşdırılmaları zamanı vəkil büroları üçün yerlər müəyyən olunsun: “Çünki vəkillərin fəaliyyəti üçün mütləq binalar, ofislər olmalıdır. Onlar vətəndaşları …

Read More »