İsrailin müdafiə naziri Yoav Qallant daha əvvəl hökumətin gündəliyinə zidd olaraq məhkəmə islahatları haqqında danışdığı üçün işdən çıxarılsa da, vəzifəsində qalacaq. Boyukmillet.com xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu xalqa televiziya ilə müraciəti zamanı deyib. “Bu günlərdə bütün cəbhələrdə 24/7 birlikdə işləyirik. Qarşımızda ciddi vəzifələr var. Aramızda fikir ayrılıqları, hətta bir neçə məsələdə ciddi fikir ayrılıqları olub, amma mən …
Read More »Qazaxıstan Prezidenti: “Heydər Əliyevin həyat yolu millətə fədakarcasına xidmətin parlaq nümunəsidir”
Heydər Əliyev dinamik inkişaf edən müasir Azərbaycanın memarıdır. Son dərəcə mürəkkəb dövrdə ölkəyə rəhbərlik edən Heydər Əliyev çoxəsrlik Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində müstəsna rol oynayıb. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində səsləndirib. Qazaxıstan Prezidenti deyib ki, Ulu Öndər müdrik rəhbərliyi ilə Azərbaycanda dərin siyasi və sosial-iqtisadi islahatlar həyata keçirilib. Bu …
Read More »XİN: Azərbaycan İranla hər zaman qonşuluq münasibətlərinin inkişafında maraqlı olub
“Azərbaycan bütün qonşu ölkələrlə, o cümlədən İran ilə hər zaman qonşuluq münasibətlərinin inkişafında maraqlı olub”. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 10 aprel tarixli şərhi barədə “Report”un sualına cavabında deyib. Qeyd edək ki, bu gün İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani Azərbaycan və İran xarici işlər nazirləri …
Read More »Azərbaycan və Qazaxıstan prezidentləri Astana Beynəlxalq Maliyyə Mərkəzində olublar
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astana Beynəlxalq Maliyyə Mərkəzində olublar. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »İlham Əliyev Qazaxıstan Prezidentini Qarabağda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışına dəvət edib
“İşğaldan azad edilmiş Qarabağda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilməsi barədə Sizin şəxsi qərarınıza görə də təşəkkürümü bildirmək istərdim. Mərkəzin tikintisi həqiqətən çox sürətlə gedir və fürsətdən istifadə edib Sizi bu mərkəzin açılışı mərasiminə dəvət etmək istəyirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Astanada Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü zamanı …
Read More »İlham Əliyev: “Qazaxıstan və Azərbaycan xarici köməkdən asılı olmayan və öz taleyini, öz gələcəyini özləri quran ölkələrdir”
Qazaxıstan və Azərbaycan xarici köməkdən asılı olmayan və öz taleyini, öz gələcəyini özləri quran ölkələrdir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Astanada Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü zamanı bildirib. “Qazaxıstan və Azərbaycan bütünlükdə öz xüsusi resurslarına güvənən, xarici köməkdən asılı olmayan və öz taleyini, öz gələcəyini özləri quran ölkələrdir. Bu …
Read More »Azərbaycan və Qazaxıstanda mədəniyyət günləri keçiriləcək
Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri, Qazaxıstanda Azərbaycan mədəniyyəti günləri təşkil ediləcək. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Astanada Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü zamanı bildirib. Dövlət başçısı vurğulayıb ki, humanitar sahədə əməkdaşlıq birinci dərəcəli əhəmiyyət kəsb edir: “Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri, Qazaxıstanda Azərbaycan mədəniyyəti günləri təşkil ediləcək. Bu, xalqlarımızı daha da yaxınlaşdıracaq, …
Read More »Dövlət başçısı: “Xalqlarımız arasında münasibətlər həmişə qardaşlar arasındakı kimi olub”
Xalqlarımız arasında münasibətlərin böyük tarixi var və bu münasibətlər həmişə qardaşlar arasındakı kimi olub. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Astanada keçirilən geniş tərkibdə görüşdə bildirib. “Bu gün gələcəyimizi bu möhkəm təməl üzərində qururuq. Sizinlə müzakirə etdiyimiz əməkdaşlıq sahələrində, ilk növbədə, energetika, nəqliyyat-tranzit sahəsində çox böyük potensial var”, – dövlət başçısı qeyd …
Read More »Qazaxıstanda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş marka buraxılıb
Qazaxıstanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş marka buraxılıb. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən məhdud tərkibdə görüşdə söyləyib. O, Cənubi Qafqaz regionunda lider rolu oynayan Azərbaycan ilə iqtisadi sahədə qarşılıqlı əlaqələrin, əməkdaşlığın inkişaf etdirilməsinə dair çox ciddi iş aparmaq əzmində olduqlarını bildirib: “Bizim aramızda hər hansı …
Read More »Qazaxıstanda Heydər Əliyev haqqında sənədli film çəkilib
“Qazaxıstanda Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyev haqqında sənədli film çəkilib”. Boyukmillet.com “Kazinform”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib. “Bu gün Heydər Əliyev haqqında çəkilmiş “Görkəmli ömür” adlı sənədli filmin premyerası olacaq. Bu film bizim tapşırığımızla “Qazaxıstan” Teleradio Korporasiyası tərəfindən çəkilib”, – Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə danışıqlar zamanı deyib. Qazaxıstan Prezidenti ölkələrimiz …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar