Çərşənbə , 8 Aprel 2026

autor

Azərbaycan Ordusunun Laçın istiqamətində mövqeləri atəşə tutulub

Aprelin 7-si saat 13:20-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More »

Sabir Rüstəmxanlıdan İranla bağlı iki önəmli təklif – VİDEO

Milli Məclisin bugünkü iclasında millət vəkili Sabir Rüstəmxanlı İranla bağlı önəmli təklif irəli sürüb. Boyukmillet.com xəbər verir ki, millət vəkili İran Parlamentində Azərbaycanla bağlı qəbul edilən bəyanata görə İslam Təşkilatı Ölkələrinə müraciət məktubu göndərməyin vacibliyini vurğulayıb. S. Rüstəmxanlı həmçinin, İranda yaşayan 40 milyon azərbaycanlının taleyi ilə bağlı beynəlxalq təşkilatlara, BMT-yə, İnsan Haqları Komitəsinə müraciət ünvanlamağı təklif edib: “Qonşu ölkədə Azərbaycanın …

Read More »

Qaribaşvili: “Azərbaycan və Gürcüstan Avropanı “yaşıl” enerji ilə təmin etmək üçün böyük potensiala malikdir”

“Azərbaycan və Gürcüstan Avropanı “yaşıl” enerji ilə təmin etmək üçün böyük potensiala malikdir”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra deyib. Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın təkcə dostu deyil, həm də uzun illərdir mühüm strateji tərəfdaşıdır. “Azərbaycan və Gürcüstan iki ölkə xalqlarını daha da yaxınlaşdıracaq bir çox tarixi layihələri birgə həyata …

Read More »

Prezident: “Orta dəhlizin həyata keçirilməsində Gürcüstan və Azərbaycan uğurla fəaliyyət göstərir”

“Təbii ki, ikitərəfli əlaqələrimizin önəmli hissəsi nəqliyyatla bağlıdır”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib. “Burada da bütün işlər uğurla gedir, plan üzrə gedir. Orta dəhlizin həyata keçirilməsində Gürcüstan və Azərbaycan uğurla fəaliyyət göstərir və əlbəttə ki, növbəti mərhələdə yükdaşımaların həcminin artırılması istiqamətində əlavə addımlar …

Read More »

Bakıda torpaq sahibi olmaq nə dərəcədə asandır?

Son illər Bakıda və onun ətrafında məskunlaşmanın sürətlə artması, minlərlə fərdi evin tikilməsi paytaxtda boş, normal qiymətə və yaşayış təyinatlı torpaq sahəsi tapmağı az qala qeyri-mümkün edib. Başqa sözlə, Bakıda torpaq sahibi olmaq çətinləşib. Boyukmillet.com xəbər verir ki bu fikri “Report”a açıqlama verən “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri Vüqar Oruc da bölüşür. Onun sözlərinə görə, son illər yaşayış təyinatlı torpaqlarla …

Read More »

Çavuşoğlu: “Azərbaycanla Ermənistan arasında ən qısa vaxtda sülh müqaviləsinin imzalanmasını istəyirik”

“Biz Cənubi Qafqazdakı durumu da müzakirə etdik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 7-də Ankarada rusiyalı həmkarı Sergey Lavrovla birlikdə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Türkiyənin arzusu Azərbaycanla Ermənistan arasında ən qısa müddətdə sülh müqaviləsinin imzalanmasıdır: “Biz istəyirik ki, regionda sülh olsun. Mən həmkarımla Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasındakı münasibətlər barədə də danışdım”.

Read More »

Azərbaycanla Qazaxıstan arasında protokol imzalanıb

Azərbaycanla Qazaxıstan arasında Hökumətlərarası Komissiyanın 19-cu iclasında protokol imzalanıb. Boyukmillet.com xəbər verir ki, protokolu Azərbaycan tərəfindən Azərbaycan energetika naziri Pərviz Şahbazov, Qazaxıstan tərəfindən isə Qazaxıstanın Baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin imzalayıb. Xatırladaq ki, bu gün Bakıda Azərbaycanla Qazaxıstan arasında Hökumətlərarası Komissiyanın 19-cu iclası keçirilib. Komissiyanın 20-ci iclasının gələn il Qazaxıstanda keçirilməsi razılaşdırılıb. İclasdan əvvəl Komissiyanın həmsədrləri, Azərbaycanın energetika …

Read More »

KİV: “Nikol Paşinyan hərbçilərin çevriliş edəcəyindən qorxur”

“Ermənistanın baş naziri Nikol Paşinyan hərbçilərin çevriliş edəcəyindən qorxur”. Boyukmillet.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Məqalədə qeyd olunub ki, hökumətin hərbçilərin siyasi çağırışlar səsləndirməsi, onların mitinqlərdə iştirakına qadağa qoyulması barədə qanuna dəyişiklik təklifi də bununla bağlıdır: “Artıq layihə parlamentə təqdim olunub və gələn həftə qəbul olunacaq. Konstitusiyaya əsasən, Silahlı Qüvvələr siyasi məsələlərdə neytrallığı qorumalıdırlar. Bəs hakimiyyət niyə …

Read More »

Azərbaycan Prezidentinin Gürcüstanın Baş naziri ilə təkbətək görüşü başlayıb

Aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü başlayıb. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qarşılayıb. Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili birgə foto çəkdiriblər.

Read More »