Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın (AK Parti) iqtidarda olduğu illərdə ölkədə həyata keçirilən ən böyük layihələrin siyahısı açıqlanıb. Boyukmillet.com Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu müddət ərzində ən müasir tibb texnologiyasının mövcud olduğu müasir şəhər xəstəxanaları yaradılıb. Bildirilib ki, xüsusi dizaynı və texnologiyası ilə seçilən Avropanın ən böyük aeroportu – İstanbul …
Read More »Deputat: “İran Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətə şərik çıxdığını bir daha göstərib”
“Azərbaycan torpaqları 30 il ərzində işğal altında qaldığı müddətdə İranın səlahiyyətli şəxsləri bir dəfə də olsun Azərbaycan ərazilərini işğal edən, Xocalı soyqırımını törədən, onlarla Azərbaycan kəndlərində soyqırımlar törətmiş Ermənistanın bu hərəkətlərinə qarşı heç bir bəyanat qəbul etməyib, əksinə Ermənistanla diplomatik əlaqələri və hərbi əməkdaşlığı genişləndirib”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəxtiyar Əliyev parlamentin aprelin 7-də keçirilən plenar …
Read More »Deputat: “İran özünü islam respublikası adlandırırsa, niyə islam dəyərlərini məhv edən Ermənistanın yanındadır?!”
“İran islam dini pərdəsi altında özlərinin riyakar niyyətlərini reallaşdırmağa çalışır. Belə olmasa idi, islam dininə yüksək dəyər verən Azərbaycana qarşı düşmən siyasətini yürütməzdi. Əgər İran özünü islam respublikası adlandırırsa, nə üçün islam dininin dəyərlərini məhv edən Ermənistanın yanındadır və ona dəstək göstərir?!” Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov deyib. Deputat bildirib ki, …
Read More »FHN: “İnzibati xətaya görə 16 vəzifəli şəxs cərimələnib, 106 müəssisəyə xüsusi icazə verilib”
İnzibati xətaya görə 16 vəzifəli şəxs cərimələnib, 106 müəssisəyə xüsusi icazə verilib. Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi 2023-cü ilin birinci rübü ərzində nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsinə dövlət nəzarətinin təmin edilməsi məqsədilə 63-ü planlı, 6-sı isə plandankənar olmaqla 69 nəzarət-yoxlama tədbiri keçirilib. Nəticədə inzibati …
Read More »MM sədri: “İran parlamenti tərəfindən ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edirik”
“Hamı bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir və hansı ölkə ilə necə münasibətlər qurması onun öz daxili işidir”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında sədr Sahibə Qafarova deyib. “Azərbaycanın suverən hüquqlarına qarışmağa heç kəsin ixtiyarı yoxdur. Biz İran parlamenti tərəfindən ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edirik. İran parlamentini Azərbaycana qarşı bu cür təxribatlara son qoymağa və …
Read More »Adil Kərimli: “Mayın 12-də Şuşada şəhərin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə tədbir keçiriləcək”
“Mayın 12-də Şuşada şəhərin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbir keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli bu gün ADA Universitetində keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasında deyib. O qeyd edib ki, TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarına sədrlik Türkiyədən Azərbaycana keçir.
Read More »Ceyhun Bayramov: “Etnik təmizləməyə məruz qalan həmvətənlərimiz Qərbi Azərbaycan İcmasında birləşiblər”
“1991-ci ilə qədər bütün azərbaycanlılar öz yurd-yuvalarından zorla qovulub çıxarılıb”. Boyukmillet.com xəbər verir ki, bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində videoçıxışı zamanı xarici işlər naziri Ceyhun Bayramov deyib. “Etnik təmizləməyə məruz qalan …
Read More »Xankəndi-Laçın yolunda BQXK-nin avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 8 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Report-un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 7 minik və 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid ediblər. Beynəlxalq təşkilata məxsus maşınların içərisində azyaşlı uşaqlarla yanaşı mülki şəxslər …
Read More »Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 20 məsələ var
Milli Məclisin yaz sessiyası üçün növbəti plenar iclası başlayıb. Boyukmilet.com xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 20 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. Milli Məclisin Bəyanatı 2. “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi …
Read More »Ceyhun Bayramov: “Qarabağa UNESCO missiyasının göndərilməsinə maneələri məhz Ermənistan yaradıb”
“Son 30 ildə Qarabağ ərazisinə UNESCO-nun araşdırıcı missiyanın göndərilməsinə maneələri məhz Ermənistan yaradıb”. Boyukmillet.com xəbər verir ki, bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində videoçıxışı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar