Çərşənbə , 8 Aprel 2026

autor

2023-2025-ci illər üçün Baş Kollektiv Sazişi təsdiq edilib

2023-2025-ci illər üçün Baş Kollektiv Sazişi təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 87 №-li Qərarına dair izahda deyilir: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına, digər beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanaraq, …

Read More »

Bakıda açıq ərazi yanır

Bakıda açıq ərazi yanır. Boyukmillet.com xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam edir.

Read More »

Azərbaycan BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq istiqamətlərini müzakirə edib

Azərbaycanın BMT-nin İnkişaf Proqramı ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə olunub. Boyukmillet.com xəbər verir ki, müzakirələr iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Quiros ilə keçirilən görüşdə aparılıb. S. Məmmədov ölkəmizin inkişaf hədəflərinə çatmaq üçün BMT və onun ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, BMT və Azərbaycan …

Read More »

İsraildə Azərbaycan səfirliyinin açılışı olub

İsrailin Tel-Əviv şəhərində Azərbaycan səfirliyinin təntənəli açılış mərasimi keçirilib. Boyukmillet.com “Nuys.ru.com”a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, israilli həmkarı Eli Kohen, Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim …

Read More »

Ceyhun Bayramov İsrail Baş naziri ilə görüşüb, əməkdaşlığın gücləndirilməsinə dair razılıq əldə olunub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin Baş naziri Benyamin Netenyahu ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tviterdə yazıb. Görüşdə regional məsələlər müzakirə edilib, ikitərəfli əməkdaşlığın gücləndirilməsinə dair razılıq əldə olunub. PM @netanyahu congratulated Minister @Bayramov_Jeyhun for the opening of the Azerbaijani Embassy in Israel. During their meeting they discussed regional issues, and agreed …

Read More »

“Bakı Fond Birjası”nda qeyri-ticarət saatları müəyyən edilib

“Bakı Fond Birjası” QSC-də yeni ticarət sisteminə keçidlə əlaqədar qeyri-ticarət saatları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, qeyri-ticarət saatları sabah günün ikinci yarısında – saat 13:00-dan qüvvədə olacaq. Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 6 yerli bank (“Azərbaycan Sənaye Bankı” (ASB), “Bank of Baku”, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Yapı Kredi Bank Azərbaycan” …

Read More »

“Heydər Əliyev – 100 il” adlı tədbir keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Heydər Əliyev – 100 il” adlı tədbir keçirilib. Bələdiyyələrlə İş Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Bakı və Bakı ətrafı bələdiyyə sədrləri iştirak edib. Qeyd edilib ki, yerli özünüidarəetmə orqanlarının xüsusən də bələdiyyələrin statusunun əsasları ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul olunan Konstitusiya …

Read More »

MultimediaVilayət Eyvazov 6 rayonun sakinlərini qəbul edəcək

Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən aprel ayının 19-da Sabirabad Rayon Polis Şöbəsinin inzibati binasında İmişli, Beyləqan, Füzuli, Xocavənd, Saatlı və Sabirabad şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək. “Qəbula yazılmaq istəyən vətəndaşlar DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı 18.04.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula …

Read More »

Azərbaycan İspaniya ilə potensial əməkdaşlıq üçün 4 istiqamət müəyyənləşdirib

Azərbaycan “yaşıl enerji”, kənd təsərrüfatı, turizm, su idarəçiliyi kimi sahələrdə İspaniya təcrübəsindən yararlana bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə İspaniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti ilə İspaniya Ticarət Palatası arasında keçirilən sahibkarların görüşündə qeyd edilib. Görüşdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev işğaldan azad olunmuş ərazilərdə və sənaye parklarında yaradılan investisiya imkanları barədə məlumat verib. “Yaşıl enerji”, kənd təsərrüfatı, …

Read More »

“Şahdağ Turizm Mərkəzi” auditor seçir

Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib. Boyukmillet.com xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır. İddiaçılar təkliflərini aprelin 12-si, saat 17:00-a qədər səhmdar cəmiyyətinə (Qusar rayonu, Qusar-Ləzə avtomobil yolunun 29-cu kilometri) təqdim edə bilərlər. Təkliflərə aprelin 13-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

Read More »