Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin iclası keçirilib. Cəmiyyətin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, toplantıda AQC sədri Vüqar Orucun məruzəsi dinlənilib. Qurumun fəaliyyət istiqamətləri barədə danışan sədr qeyd edib ki, ötən müddət ərzində “Daşınmaz əmlakın növləri üzrə” növbəti sertifikatlaşdırma kursu təşkil olunub. Onlarla iştirakçının qatıldığı sertifikasiya imtahanında 6 iştirakçı müvəfəqiyyət qazanıb, 6 qiymətləndiricinin isə sertifikatları yenilənib. AQC sədri vurğulayıb …
Read More »Akşın Cahangirov: “Azərbaycanda əmanətlərin sığortalı hissəsi beynəlxalq tələbdən iki dəfə çoxdur”
Azərbaycanda sığortalı əmanətlərin ümumi əmanət portfelində payı beynəlxalq təhlükəsizlik tələbini iki dəfə üstələyir. Bu barədə “Report”a müsahibəsində Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktorunun müavini Akşın Cahangirov deyib. “Beynəlxalq təcrübədə fiziki şəxslərin ümumi əmanətlərinin 20 %-nin tam sığortalı olması təhlükəsizlik baxımından ideal limit sayılır. Azərbaycanda bu rəqəm 41,2 %-dir. Hazırda Azərbaycan banklarında 10,1 milyard manata yaxın qorunan əmanət yerləşdirilib. Onun 64,5 %-i manatla, qalan hissəsi isə xarici valyuta ilə …
Read More »Bulvar rəhbəri İctimai Şuraya da imkan vermir: “Deyir ki, gedin çöldə işləyin…” – SƏDR
Bugünlərdə Ağ şəhər bulvarında millət vəkili Razi Nurullayev müsahibə verən zamanı qurumun işçiləri tərəfindən müdaxilə olunub. İşçilər Bulvar İdarəsinin rəhbərliyinə zəng etdikdən sonra da yenə də müsahibənin həmin ərazidə aparılmasına icazə verilməyib. Baş verən proseslə bağlı millət vəkili öz “Facebook” səhifəsində etirazını bildirib: “Parlamentdə təmsil olunan Milli Cəbhə Partiyasının sədri, deputat, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü bulvarda müsahibə verə …
Read More »Milli dastanlarımızın XIX əsrdə yazıya alınmış variantlarının surətləri əldə edilib
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov Paris Milli Kitabxanasından “Əsli və Kərəm” (“Hekayəti Kərəm” adı ilə) və “Aşıq Qərib” (“Aşıq Qərib və Şahsənəm xanım” adı ilə) dastanlarımızın XIX əsrdə ərəb qrafikası ilə yazıya alınmış variantlarının surətlərini əldə edib. Boyukmillet.com xəbər verir ki, “Hekayəti Kərəm” adlı birinci əsər 157 səhifədən ibarətdir. 1850-ci ildə nəstəliq …
Read More »Qərbi Azərbaycan İcması Aİ Şurasının Prezidentinə, AŞPA-ya müraciətlər göndərib – EKSKLÜZİV
“Qərbi Azərbaycan İcması Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə, Avropa Şurası Parlament Assambleyasına müraciətlər göndərərək həmin qurumları qərbi azərbaycanlıların geri qayıdış hüququnun təmin olunması, eləcə də bununla bağlı monitorinqlər aparılmasına çağırıb”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar deyib. O bildirib ki, icma həm Avropa İttifaqından, qurumun Prezidenti Şarl Mişeldən, həm də Avropa Şurası Parlament …
Read More »İsrailin Ben-Qurion hava limanından uçuşlar dayandırılıb
İsrailin Təl-Əviv şəhərində yerləşən Ben-Qurion beynəlxalq hava limanından uçuşlar dayandırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail hava limanlarının həmkarlar ittifaqlarının lideri, “Likud” Partiyasının üzvü Pinxas İdan məlumat verib. “Hava limanında uçuşların dərhal dayandırılması ilə bağlı əmr verdim”, – o deyib. Qeyd edək ki, “Histadrut”un sədri Arnon Bar-Davidin hökumətin mübahisəli məhkəmə islahatına qarşı işçilərin tətilini elan etməsindən bir neçə dəqiqə sonra …
Read More »Qərbi Azərbaycan İcması UNESCO-nun Baş direktoruna məktub ünvanlayıb
Qərbi Azərbaycan İcması UNESCO-nun Baş direktoru Odri Azuleyə məktub göndərib. Boyukmillet.com xəbər verir ki, İcmanın rəhbər heyətinin, Qərbi Azərbaycandan olan ziyalıların, mədəniyyət və incəsənət xadimlərinin, şair və yazıçıların imzaladığı müraciətdə aşağıdakılar bildirilir: “Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından dərindən narahat olaraq və Azərbaycan ictimaiyyətinin UNESCO-ya əvvəlki müraciətlərini təkrarlayaraq, Ermənistandakı azərbaycanlı mədəni irsinin vəziyyətinin monitorinqi üçün faktaraşdırıcı missiya göndərməyinizi bir daha xahiş …
Read More »Brüssel yürüşü – Diaspor Güney Azərbaycan türklərinin tələblərini dəstəkləyir – ŞƏRH
Güney Azərbaycan türklərinin İranda yeniliklərə başçılıq etdiyi bir daha təsdiqlənir. 1979-cu il inqilabı Təbrizdəki hərəkat nəticəsində genişlənib, Pəhləvi rejiminin devrilməsi ilə nəticələnmişdi. Sonradan bu nailiyyətdən Xomeyni və ətrafı islam adı altında Pəhləvidənqalma panfarsizm ideyalarını həyata keçirməyi davam etdirdi. Bununla da Azərbaycan türklərinin inqilabın qalib gəlməsi yolunda verdikləri itkilər və çəkdikləri əzablar milli hüquqlarının təmini baxımından nəticəsiz qaldı. İnqilabdan sonra yeni …
Read More »“Kəndli qadınların sahibkarlıq təşəbbüsünə dəstək” layihəsi çərçivəsində Fərdi İnkişaf Planı təliminə başlanılıb
İnkişaf məqsəddən başlayır. Məqsədə çatmaq üçün prosesləri müəyyənləşdirərək plan əsasında mərhələlərlə addımlamaq zəruridir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin tərəfindən icra olunan “Kəndli qadınların sahibkarlıq təşəbbüsünə dəstək” layihəsi çərçivəsində Fərdi İnkişaf Planı təlimi də yer alıb. Təlim Neftçala rayonunun Xıllı qəsəbəsində təşkil olunub. Təlimdə iştirak üçün qəsəbə və ətraf kənddə yaşayan …
Read More »Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri maneəsiz hərəkət ediblər
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 2 avtomobilin hərəkət etməsinə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 2 minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçid ediblər. Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur. Xatırladaq …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar